Icma.az
close
up
RU
Göydələnin damında stadion 1 milyarda başa gələcək

Göydələnin damında stadion 1 milyarda başa gələcək

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səudiyyə Ərəbistanı 350 metrlik göydələnin damında futbol stadionu tikməyi planlaşdırır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, dünyanın ilk "səma stadionu" layihəsinin 1 milyard dollara başa gələcəyi təxmin edilir. 46.000 tamaşaçı tutumuna malik arena tamamilə günəş və külək enerjisi ilə işləyəcək.
Gələcəyin şəhəri olan Neomda stadionun tikintisinə 2027-ci ildə başlanması və beş il ərzində başa çatdırılması planlaşdırılır.

2024-cü ilin dekabr ayında FİFA Konqresi Səudiyyə Ərəbistanını 2034-cü il Dünya çempionatına ev sahibliyi etmək üçün təsdiqləyib. Ölkənin müraciətinə beş şəhərdə 15 stadion, o cümlədən qrup mərhələsinin oyunlarına və bir neçə pley-off oyununa ev sahibliyi edəcək Neomdakı bir arena daxildir.

"Səma stadionu"nun bu müraciətin bir hissəsi olub-olmadığı hələ rəsmi olaraq təsdiqlənməyib.

Neom, Səudiyyə Ərəbistanının şimal-qərbində, Qırmızı dəniz sahilində, Misir və İordaniya ilə sərhədlərin yaxınlığında genişmiqyaslı ağıllı şəhər və gələcək üçün iqtisadi zona layihəsidir. Tikintisi üçün 500 milyard dollar ayrılıb. Neomun mərkəzi elementi doqquz milyon sakini qəbul etmək üçün nəzərdə tutulmuş 170 kilometr uzunluğunda xətti "güzgü göydələn" olacaq.

2023-cü ildə Səudiyyə Ərəbistanında eyniadlı futbol klubu təsis edilib və ötən mövsüm Pro Liqaya yüksəlib. O, Neom tikinti sahəsindən 150 kilometr aralıda yerləşən Tabuk şəhərində yerləşir. “Neom” hazırda lider “Əl-Nəsr”dən səkkiz xal geridə qalaraq səkkizinci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri