Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

2027 ci ildən Bakıya köç daha da artacaq?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Göygöldə heyvan sağlamlığı məsələləri müzakirə olunub

Göygöldə heyvan sağlamlığı məsələləri müzakirə olunub

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Göygöl rayonunda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sektorun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar rayonun aqrar potensialının daha səmərəli istifadə olunmasına geniş imkanlar yaradır.

XQ xəbər verir ki, Göygöl rayonunda kənd təsərrüfatının, o cümlədən heyvandarlıq və bitkiçilik sahələrinin inkişafı istiqamətində ardıcıl işlər görülür. Fermerlərin fəaliyyətinin səmərəli təşkili, müasir texnologiyaların tətbiqi və təsərrüfatların inkişafı üçün zəruri infrastruktur imkanlarının təkmilləşdirilməsi diqqətdə saxlanılır.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Azər Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələr barədə məlumat verib.

Azər Məmmədov ölkədə epizootik sabitliyin qorunmasının heyvandarlığın inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bu istiqamətdə baytarlıq xidmətlərinin daha çevik və effektiv təşkili, dövlət-özəl baytarlıq münasibətlərinin inkişaf etdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və müasir yanaşmaların tətbiqi əsas prioritetlərdəndir. 

Tədbirdə “Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bununla yanaşı, heyvan sahiblərinin maarifləndirilməsi, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, fermerlərlə mütəmadi görüşlərin keçirilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılmasının vacibliyi qeyd olunub. Həmçinin baytarlıq xidmətlərində şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində işlərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə Gəncə şəhəri, Göygöl, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən və Samux rayonlarının Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək ərazilərdə mövcud epizootik vəziyyət, görülən işlər və qarşılaşdıqları çətinliklər barədə məlumat veriblər.

Çıxışlar zamanı fermerlərlə əlaqələrin gücləndirilməsi, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mövcud problemlərin operativ həlli ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib

Tədbir çərçivəsində iştirakçılar Respublika Süni Mayalanma Mərkəzində görülən işlərlə tanış olublar. Daha sonra fermer təsərrüfatlarına baş çəkilib, burada heyvandarlıq sahəsində görülən işlərlə yerində tanış olunub və fermerlərlə fikir mübadiləsi aparılıb. 

Həmçinin səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see365

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see319

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see304

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see284

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see279

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see279

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see274

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see257

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see252

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see249

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see244

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see238

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see235

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see234

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see227

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see221

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see206

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri