Icma.az
close
up
RU
Göygöldə qardaş xalqların birliyi

Göygöldə qardaş xalqların birliyi

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Festivalının açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman, dövlət və özəl qurumların nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, media nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən RİHB-sı Vüqar Novruzov artıq ənənə halını almış V Milli Yaylaq Festivalının yerli və xarici qonaqların hər il böyük maraqla gözlədiyi, xalqımızın zəngin mədəni irsini, yaylaq həyatını, qədim elat ənənələrini və milli-mənəvi dəyərlərini yaşadan ənənəvi mədəniyyət bayramına çevrildiyini, həmçinin özündə Türk dünyasını birləşdirən, regionların turizm potensialının inkişaf etdirilməsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib bir hissəsi olduğunu qeyd edib. Həmçinin bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli-mənəvi dəyərlərin və tarixi-mədəni irsin qorunmasına yönəlmiş dövlət siyasətinin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, eyni zamanda I vitse-prezident hörmətli Mehriban xanımın milli-mədəni irsimizin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyət mühüm əhəmiyyət daşıyır.

Rayon rəhbəri Festivalın təşkilində əməyi olan bütün tərəfdaş qurumlara minnətdarlığını bildirərək, layihənin Göygölün turizm potensialının tanıdılmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov, Layihə rəhbəri Müzadil Həsənov, Baş konsul Recep Öztop və digər natiqlər festivalın əhəmiyyətindən bəhs edərək bu cür tədbirlərin milli irsin qorunması, mədəniyyətimizin təbliği və turizmin inkişafı baxımından mühüm rol oynadığını qeyd ediblər.

Festival çərçivəsində "Xan Çadırı"nda xalçaçılıq sənətinin sərgisi, sənətkarlıq guşələri, milli idman növləri üzrə nümayişlər və yarışlar, etnospor və oxatma məşqləri, uşaqlar üçün əyləncə zonaları, konsert proqramları, aşıq musiqisi, folklor kollektivlərinin çıxışları, teatr tamaşaları, yorğa atlarının sərgisi, kəndirbazların və alov püskürənlərin maraqlı nümayişləri, "Yaylaq süfrəsi" və digər tematik məkanlar təşkil olunub.

Ziyarətçilər milli mədəniyyətimizi, qədim el sənətlərini, ənənəvi kənd həyatını və Azərbaycan mətbəxinin zəngin nümunələrini yaxından tanımaq imkanı əldə ediblər. Milli idman növləri və etnospor üzrə təşkil olunan proqramlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Üç gün davam edən festivala ölkənin müxtəlif bölgələrindən, həmçinin xarici dövlətlərdən çoxsaylı qonaqlar qatılıb. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 İyul 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see291

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see274

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see271

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see266

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see259

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see245

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see240

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see240

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see236

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see234

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see230

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see224

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see221

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see217

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see214

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see210

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see203

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see202

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see191

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri