Icma.az
close
up
RU
Göygöldə regional müşavirə keçirildi FOTOLAR

Göygöldə regional müşavirə keçirildi FOTOLAR

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şəhərsalma və Memarlıq İli”ndə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Regional Müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov,  Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Azər Məmmədov, Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ceyhun Nəsibov, Heyvandarlı və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Gəncə şəhəri, Göygöl, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux rayonlarının Baytarlıq İdarələrinin rəisləri və əməkdaşları, həmçinin özəl baytar həkimləri iştirak edirlər.  

Göygöl RİHB-sı tədbiri giriş sözü ilə açaraq bugünkü regional müşavirənin keçirilməsinin əsas məqsədi heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması, onların aradan qaldırılması istiqamətində görülmüş işlərin müzakirəsi, mövcud vəziyyətin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olduğunu vurğulayaraq dövlət başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirildiyini bildirib. 

Azər Məmmədov ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, dövlət-özəl baytarlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, daha çevik baytarlıq xidmətlərinin yaradılması, aparılan tədbirlərin rəqəmsallaşdırılması, "Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, maarifləndirici tədbirlərin aparılması, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyini qeyd edib. 

Göygöl, Samux, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz və Gədəbəy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək bölgədə epizootik vəziyyət barədə məlumat veriblər. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, səslənən təkliflər qeydə alınıb.

Tədbirdə "Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması məqsədilə rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə tapşırıq və tövsiyələr verilib.

Sonda səyyar baytarlıq xidmətlərini həyata keçirən, müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Sentyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri