Icma.az
close
up
RU
Göz məşqləri görmə qabiliyyətini bərpa edir?

Göz məşqləri görmə qabiliyyətini bərpa edir?

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bir çox insan göz gimnastikasının görmə qabiliyyətini bərpa etdiyinə inanır. Lakin mütəxəssislər bildirir ki, bu, reallığa uyğun deyil.

Redaktor.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Klinik Tibb İnstitutunun Nesterov adına oftalmologiya kafedrasının assistenti, həkim Angelina Kazantsevanın sözlərinə görə, göz üçün edilən məşqlər görmənin zəifləməsinin əsas səbəblərini aradan qaldıra bilmir.

Həkim qeyd edib ki, miopiya (yaxıngörmə), hipermetropiya (uzaqgörmə) və astiqmatizm kimi problemlər gözün anatomik quruluşu ilə əlaqədardır. Bu pozuntular göz almasının uzunluğunun dəyişməsi, buynuz qişanın və ya büllurun əyriliyi ilə bağlıdır. “Göz elə bir əzələ deyil ki, onu məşqlərlə istənilən formaya salmaq mümkün olsun. Optik quruluşu gimnastika ilə dəyişmək olmaz. Eyni sözlər yaşa bağlı presbiopiya – büllurun elastikliyini itirməsi prosesi üçün də keçərlidir. Bu, geri dönməz bir haldır”, – deyə Kazantseva vurğulayıb.

Mütəxəssis əlavə edib ki, bəzi hallarda göz məşqləri hətta təhlükəli ola bilər. Belə ki, insanlar onlara həddindən artıq ümid bəsləyərək həkimə müraciəti gecikdirə bilərlər ki, bu da vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər.

Bununla belə, həkimin sözlərinə görə, göz gimnastikasının düzgün rolu müalicə deyil, profilaktika və görmə yorğunluğunun (astenopiya) azaldılmasıdır. Uzun müddət ekrana və ya kitaba baxdıqda göz əzələləri davamlı gərgin vəziyyətdə qalır. Bu isə gözlərdə quruluq, “qum” hissi, baş ağrısı və görmənin müvəqqəti bulanıqlığına gətirib çıxarır. Məşqlər qan dövranını yaxşılaşdıra, “quru göz” sindromunun qarşısını ala və akkomodasiya spazmını (yalançı miopiya) aradan qaldıra bilər.

Kazantseva bildirib ki, gözlər üçün ən effektiv istirahət uzağa baxmaqdır – məsələn, pəncərədən təbiət mənzərələrinə tamaşa etmək. Göz məşqləri isə yalnız əlavə vasitə kimi istifadə olunmalıdır.

Həkim həmçinin ciddi diaqnozları olan şəxslərə yüksək dərəcəli miopiya, torlu qişanın qopması keçirmiş və ya qlaukoma xəstələrinə intensiv göz hərəkətləri etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edib.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri