Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Göz rənginin dəyişdirilməsi əməliyyatı: Bu yolla cinayət törədib gizlənmək mümkündür? ARAŞDIRMA

Göz rənginin dəyişdirilməsi əməliyyatı: Bu yolla cinayət törədib gizlənmək mümkündür? ARAŞDIRMA

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Göz rəngi insanın xarici görünüşündə ən diqqətçəkən detallardan biridir. Hər bir insanın göz rəngi fərqlidir və bu, genetikadan və bəzi xarici təsirlərdən asılıdır. Maraqlısı odur ki, bəzi insanların göz rəngi müəyyən şərtlərdə dəyişə bilir.

Avtosfer.az xəbər verir ki, son vaxtlar estetik sayəsində qalıcı dəyişikliklər etmək istəyənlər arasında göz rənginin dəyişdirilməsi əməliyyatlarına maraq artıb. İnsanlar təbii göz rəngindən razı olmadıqları üçün bu prosedurlara müraciət edərək daha cazibədar görünməyi hədəfləyirlər.

Bu məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim-oftalmoloq Yazgül Abdıyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, keratopiqmentasiya adlanan əməliyyatı gözün buynuz qişasına piqment yeridilərək göz rənginin dəyişdirilməsi ilə həyata keçirilən bir prosedurdur.

“Bu əməliyyatı göz döyməsi (tatuaj) kimi də adlandırmaq olar. İlk dəfə qədim tibbi mətnlərdə adı çəkilən keratopiqmentasiya, leykomanın (buynuz qişada çapıqlar nəticəsində yaranan ağ ləkə) maskalanması üçün primitiv üsullarla tətbiq edilmişdir. XIX əsrdə bu metod daha da populyarlaşaraq göz qüsurlarının estetik görünüşünü yaxşılaşdırmaq üçün istifadə edilirdi. O dövrdə əməliyyat zamanı müxtəlif bitki və mineral piqmentlər tətbiq edilirdi.

Keratopiqmentasiya lazerlə qüzehli qişanın rəng dəyişdirilməsi əməliyyatına nisbətən daha az travmatik, ağrısızdır və geniş rəng seçimlərinə malikdir. Bununla belə, rənglənmiş buynuz qişa qeyri-təbii görünür və protez effekti yaradır. Əlavə olaraq, boyanın zamanla yuyulması mümkündür və bu halda yenidən korreksiya tələb olunur. Əməliyyatdan sonra əvvəlki göz rənginə qayıtmaq qeyri-mümkündür”.

Yazgül Abdıyeva əlavə edib ki, keratopiqmentasiya əməliyyatı müxtəlif fəsadlara səbəb ola bilər.

“Ən çox rast gəlinən ağırlaşmalar arasında fotofobiya (işığa həssaslıq), buynuz qişanın deformasiyası, quru göz sindromu, gözdə yad cisim hissiyyatı, infeksiyalar (bakterial, virus və ya göbələk), boyanın qeyri-bərabər paylanması və hətta korluq mövcud ola bilər. Əməliyyat uğurlu olsa belə, qaranlıqda bəbəklərin genişlənməsi səbəbindən görmə keyfiyyəti aşağı düşə bilər. Bundan əlavə, buynuz qişa rəngləndikdən sonra göz dibinə baxış çətinləşir”.

Oftalmoloq aparılan araşdırmaların nəticəsi olaraq, göz rəngini dəyişdirənlər arasında işığa həssaslığın ən çox rast gəlinən problemlərdən biri olduğunu vurğulayıb.

“Bəzi hallarda rənglər tamamilə təhrif oluna bilər. Amerika Oftalmologiya Akademiyası əməliyyatın riskləri barədə xəbərdarlıq edərək, bu prosedurun gözə zərər verə biləcəyini vurğulayır. Fəsadlar arasında görmə itkisi, işığa həssaslığın artması, allergik reaksiyalar, infeksiyalar və piqmentin gözə sızması yer alır. Prosedur yeni olduğu üçün onun uzunmüddətli təsirləri barədə məlumat məhduddur. Bu səbəblərdən bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən Fransa, İngiltərə, Kanada və ABŞ-da keratopiqmentasiya qadağan edilir. Bu ölkələrdə maarifləndirmə işləri aparılır və əməliyyatın risklərinin estetik faydalardan üstün olduğu vurğulanır. Mütəxəssislər əməliyyatın yalnız ekstremal hallarda, tibbi zərurət olduğu təqdirdə tətbiq edilməsini tövsiyə edirlər. Ölkəmizdə isə bu cür əməliyyatların həyata keçirilməsi ilə bağlı protokol qaydası mövcud deyil. Bu baxımdan həmin əməliyyatların həyata keçirilməsi, ümumiyyətlə tövsiyyə edilmir və vətəndaşlar nəzərə almalıdır ki belə əməliyyatların nəticəsində kor qala, yaxud başqa xəstəliklərə yoluxa bilərlər. Əməliyyatları edən həkimlər isə bu cür prosedurları reklam məqsədilə yerinə yetirir. Estetik məqsədlə rəng dəyişikliyi istəyənlər üçün isə təhlükəsiz alternativ olaraq rəngli kontakt linzalardan istifadə məsləhət görülür. Linzalar istənilən rəng seçimini təmin edir, istifadə qaydalarına əməl olunduqda isə heç bir risk yaratmaz və əvvəlki göz rənginə qayıtmaq mümkündür”.

Saytımızın əldə etdiyi məlumatlara görə, Türkiyəli fenomen Sema Uraz Azərbaycanda etdirdiyi göz əməliyyatı haqqında sosial şəbəkələrdə izləyicilərinə açıqlama verib. O bildirib ki, əməliyyatdan sonra ilk 3-4 gün görmədə bir qədər həssaslıq olur və gözləri işıqdan, günəşdən qorumaq vacibdir. Həkimin verdiyi dərmanların müntəzəm istifadəsinin önəmli olduğunu vurğulayan Sema Uraz bu əməliyyatı hər kəsin etdirə biləcəyini qeyd edib.

Fenomen əlavə edib ki, əməliyyatdan əvvəl göz testindən keçilir və əgər heç bir problem aşkarlanmazsa, icazə verilir. Əməliyyatdan sonrakı nəticələr isə əsasən xəstənin məsuliyyətindən asılıdır. İlk həftə makiyaj etmək məsləhət görülmür.

Sema Uraz əlavə edib ki, bu əməliyyatla göz rəngini istənilən rəngə dəyişmək, hətta gözlərin müxtəlif rənglərdə olmasını belə təmin etmək mümkündür.

Elə ölkəmizdə də bir neçə tanınmış simanın gözünün rəngini dəyişməsi ilə bağlı bir müddət əvvəl xəbərlər yayılmışdı. Tanınmış aparıcı Mətanət Əliverdiyeva da həmin şəxslərdən biridir. Saytımıza müsahibəsində aparıcı bildirdi ki, əməliyyat kifayət qədər normal keçib.

“Heç bir problem yaratmayıb sonrakı vaxtlarda. Ilkin dövrdə bir az qorumalı, diqqəət etməli olduğum deyildi. Həkimin məsləhətlərilə hərəkət etdikdən sonra heç bir problem yaranmır. Sənəd və vəsiqələrə gəlincə, sadəcə şəxsiyyət vəsiqəsini dəyişdirərək bütün məsələni həll etmiş olursuz”.

Mövzu ilə əlaqədar tibbi ekspert Adil Qeydulla saytımıza açıqlamasında bildirib ki, göz rənginin dəyişdirilməsi həm estetik, həm də potensial kriminal məqsədlərlə istifadə edilə bilər.

“Cinayətkarlar öz kimliklərini gizlətmək üçün üz cizgilərini və göz rənglərini dəyişə bilərlər. Digər tərəfdən, bəzi insanlar sevdikləri rəngə sahib olmaq üçün göz rənglərini dəyişdirmək istəyirlər ki, bu da estetik bir seçimdir. Ancaq hər kəsin göz rəngi, burun forması və digər üz cizgiləri genetik olaraq müəyyənləşir. Göz rəngini dəyişdirsələr də, bu, genetik olaraq gələcək nəslə ötürülmür. Göz rəngini dəyişdirmək üçün istifadə olunan xüsusi linzalar gözün buynuz qişasına yerləşdirilir və müvəqqəti rəng dəyişikliyi yaradır. Bu prosedur klinik tədqiqatlardan keçmiş olsa da uzunmüddətli nəticələri hələ tam bəlli deyil. İnsanlar gələcəkdə bu prosedurun sağlamlıq risklərini və estetik faydalarını diqqətlə qiymətləndirərək qərar verməlidirlər. Proses geniş yayıldıqdan sonra daha dəqiq rəy yaranacaq”.

İKT üzrə mütəxəssis Elvin Abbasov Avtosfer.az-a məsələnin kibertəhlükəsizlik istiqamətləri ilə bağlı diqqət yetirilməli məqamları qeyd edib:

“Biometrik funksiyalar mobil tətbiqlərdə, saytların girişində və bank sistemlərində ilkin giriş və təsdiqləmə üçün istifadə olunur. Əsasən barmaq izi və üz biometriyasına ehtiyac var. Burun forması, üz cizgiləri, qulaq və dodaq kimi biometrik nöqtələrdən istifadə edilir. Bank hesabı açılışı zamanı video identifikasiya və biometrik imzalar tətbiq olunur. Hakerlər biometrik sistemləri manipulyasiya etməyə çalışır və oxşar biometrik məlumatlarla sistemə giriş etməyə cəhd edirlər. Biometrik məlumatların dəqiqliyi zədə və ya yaralanma hallarında dəyişə bilər və yeni qeydiyyat tələb oluna bilər. Xaricdə biometrik funksiyaların pozulması halları olsa da bu cür hallar Azərbaycanda hələ müşahidə edilməyib. Həmçinin ölkəmizdə göz rəngi əsasında giriş icazəsi, eləcə də təsdiqləmə prosesinin yerinə yetirilməsi ilə bağlı hələ ki, hansısa fakt yoxdur. Bu baxımdan indiki dövrdə gözün əməliyyatla rənginin dəyişməsi hansısa kibercinayətlərə səbəb ola bilməz”.

Mütəxəssis Elvin Abbasov əlavə olaraq qeyd edib ki, biometrik sistemlər hazırda daha etibarlıdır və bu sistemləri qırmaq çətinləşib.

“Gələcəkdə kibercinayətkarlıq halları artarsa, istifadəçilər məlumatlarını qorumağa diqqət yetirməli, sistemlərini mütəmadi yoxlamalıdırlar. E-poçtlar, mesajlar və saxta bank səhifələrinə diqqət yetirmək, habelə girişlərin doğruluğunu yoxlamaq vacibdir. Bu yolla kiber təhlükələrdən qorunmaq mümkündür”.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev isə saytımıza bildirib ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyət etməkdə maneə yaratmır.

Göz rəngini əməliyyatla dəyişdirmək istəyi bir çox insanın arzusudur, lakin bu prosedurların riskləri barədə məlumatlı olmaq son dərəcə vacibdir. İstənilən estetik dəyişiklikdə olduğu kimi, göz rənginin dəyişdirilməsi də yalnız mütəxəssislər tərəfindən aparılmalı və hər hansı bir əməliyyatın bütün mümkün nəticələri nəzərə alınmalıdır. Estetik baxımından gözlərin daha cəlbedici görünməsi arzusu başa düşüləndir, amma bu arzunun gerçəkləşdirilməsi ilə bağlı tibbi risklər göz ardı edilmeməlidir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Yanvar 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri