Göz xəstəliklərindən əziyyət çəkənlərə ŞAD xəbər
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Bu gün Xətai Tibb Mərkəzində Göz Xəstəlikləri və Cərrahiyyəsi Şöbəsi fəaliyyətə başlayır.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, şöbənin müasir tibbi texnologiyalar tələb edən və mürəkkəb oftalmoloji cərrahi xidmətləri təmin etməsi, əhali üçün bu xidmətlərin əlçatanlığının təmin olunması və eləcə də keyfiyyətli, müasir tibbi xidmət spektrinin artırılması istiqamətində atılmış vacib bir addımdır:
"Yerli və beynəlxalq təcrübəsi olan, müasir tibbi avadanlıqları, texnologiyaları bilən və onlarla işləməyi bacaran kadr təminatının həyata keçirilməsi və kadrların bizim müəssisələrimizə cəlb olunması əsas hədəflərimizdəndir. Şöbə artıq bu gündən etibarən vətəndaşlarımıza geniş spektrdə mürəkkəb tibbi və cərrahi xidmətlər təmin edəcək".
Fəridə, Bizim.Media
Baxış sayı:97
Bu xəbər 03 Noyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















