Icma.az
close
up
RU
525 ci qəzet Gözəl uyu, Gözəl bəy...

525 ci qəzet Gözəl uyu, Gözəl bəy...

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2018-in avqust ayı idi. “Qarabağ” FK-nın bazasında xəbər düşdü ki, klubun prezidenti Abdulbari Gözəl ziyarətə gələcək.

Klub ofisi üçün nadir olaylardan biri idi. Gözəl bəy (özünü belə təqdim edilməsini xoşlayırdı) gələndə bazada çay süfrəsi quruldu. Fevzihan Aras, Emrah Çelikel və Qurban Qurbanovla “besedka”da oturub söhbət edirdilər.

Bir neçə dəqiqədən sonra oturanların çönüb mənə baxdıqlarını və çağırdıqlarını gördüm. Yanlarına yaxınlaşanda Gözəl bəy “Oğlum, sən bizim mətbuat katibi deyilsənmi? Orda niyə durmusan, gəl otur burda dedi”.

Ardınca futbolçularla görüşəndə  məni yenə axtardı, çağırdı yanında əyləşdirdi, tərcüməçi olmasına rəğmən, dedi “sən tərcümə et dediklərimi”.

Sonradan bu hadisəni öz aramızda danışanda Fevzihan Aras dedi ki, Gözəl bəyin ən böyük fərqi elə budu. Heç bir zaman, görünməz, müdaxilə etməz, işə qarışmaz amma hamını görər və bilər...

...Hələ mən bu hadisədən neçə il əvvəl “Qarabağ”da, “Azərsun”da işə başlayanda Abdulbarı Gözəlin cəmi 55 yaşı olsa da, sözün əsl mənasında ağsaqqal idi.  

Həyata 0-dan başlayıb, əziyyət çəkib, dişiylə-dırnağıyla o istehsalçı dünyasını qurmuşdu.

Qədrinin-əziyyətinin fərqindəydi.

Bu fərqindəlik şirkət ideologiyasına bir “Gözəl bəy” anlayışı gətirmişdi.

Dürüst olmalısan, zəhməti sevməlisən, təvazökar olmalısan.

Bunu hamı bilirdi. Çay fabrikində də, eləcə də “Qarabağ” Futbol Klubunda da.

Yenicə dünyaya göz açan, heç nəyi olmayan ölkənin iqtisadi həyatına can suyu tökdüyü kimi, “Qarabağ”a da öz balası kimi yanaşmışdı.

Uğursuzluqda silmədi, yıxılanda əlindən tutub qaldırdı.

Kimlər gəldi-kimlər getdi, “Azersun”u ayaqda tutdu, azından ölkəyə istehsal yolu gətirdi, göstərdi.

Elə futbola da kimlər gəldi  - kimlər getdi, “Qarabağ”ı yıxılmağa qoymadı. 70 min manatlıq illik büdcəylə başlayan epopeyada  enişli-çıxışlı dönəmlərdən böyük-güclü, tarix yazan “Qarabağ” çıxardı. Klubunun idarəçilərinə, baş məşqçisinə qədər özünün zəhmətini, inancını aşıladı, inanaraq inandırdı.

Ölüm haqdı, bir gün gələn, bir gün gedər, gedəcək.

Amma 15 il çörəyini yeyib, üzünü az gördüyüm, bircə dəfə ünsiyyətdə olduğum Gözəl bəyi yazmamaq olmazdı.

Bu ölkə hər zaman səni əsl azərbaycanlı kimi xatırlayacaq, yaşadacaq, sənin “Qarabağ”ı yaşatdığın kimi...

Gözəl uyu, Gözəl bəy...

Nurlan İbrahimov

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Yanvar 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri