Gözəllik salonunda kosmetoloq döyüldü Təfərrüat
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda gözəllik salonunda dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz ünvanında yerləşən “Olivia” qadın salonunda baş verib.
Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Xəyyam qeyri-rəsmi birlikdə yaşadığı Könülün (adlar şərtidir – red.) kosmetoloq işlədiyi qadın salonuna gəlib. O, qadına axşam işdən nə səbəbə gec çıxmasını, evə gec getməsini və onunla telefonda uca səslə danışmasını irad kimi bildirib, onunla mübahisə edib. Mübahisə zamanı qəsdən əl və yumruq zərbələri ilə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Xəyyamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Xəyyam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirib.
Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alınmasını xahiş edib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakıda əri qadını gözəllik salonunda amansızlıqla öldürdü Təfərrüat
08 Yanvar 2025 08:31
Qaxda kişiyə görə qadınlar gözəllik salonunda saçyolduya çıxdılar TƏFƏRRÜAT
18 Fevral 2026 10:51
Bakıda kişi gözəllik salonunda kosmetoloq işləyən sevgilisini döydü
19 May 2026 17:16
Bakıda gözəllik salonunda ÖLÜM
25 Avqust 2025 18:20
Gəncədə gözəllik salonunda yanğın olub
27 Oktyabr 2025 11:06
Baxış sayı:136
Bu xəbər 12 May 2026 11:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları