Icma.az
close
up
RU
Silahı gözəlliyə çevirən rəssam

Silahı gözəlliyə çevirən rəssam

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mübariz Əkbərov – 70

Şeyx Nizami yurdu olan qədim Gəncə böyük şəxsiyyətlər yetirməklə yanaşı, tarixi ənənələri qoruyan istedadları ilə də tanınır. Onlar da öz yaradıcılıqları ilə doğma şəhərin adını ucaldırlar. Əməkdar rəssam, “Turan” Elmlər Akademiyasının fəxri akademiki Mübariz Əkbərov da belələrindəndir.

Mübariz Səməd oğlu Əkbərov 2 aprel 1955-ci ildə Gəncədə anadan olub. Burada Rəssamlıq məktəbini, Pedaqoji Texnikumun “Rəssamlıq” fakültəsini, həmçinin Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Onun yaradıcılıq uğurları 1993-cü ildə Bakıda təşkil edilən “Azərbaycan folkloru” müsabiqə-sərgisində 2-ci dərəcəli diploma layiq görülməsi ilə təsdiqini tapıb. Daha 2 il sonra Əlyazmalar İnstitutunda fərdi sərgisi təşkil olunub. Ardınca Bakıda “Dekorativ tətbiqi sənət”, “Dədə Qorqud–1300” müsabiqə-sərgilərində qalib gəlib. Müxtəlif vaxtlarda fərdi sərgiləri ilə sənətsevərləri heyran qoyub. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 2007-ci ildən Əməkdar rəssamdır.

Tələbəlik illərində dekorativ-tətbiqi sənət yaradıcılığını məşhur Xalq rəssamı Lətif Kərimovdan yetərincə öyrənib. Bu barədə söhbət düşəndə Mübariz Əkbərov deyir: “Lətif Kərimovun tövsiyəsi ilə bu sənətə gəldim. Tədricən təkmilləşdirdikcə sənətin incəliklərini daha dərindən öyrənə bildim. Bu gün xoşbəxtəm ki, dünya şöhrətli sənət əsərləri sayılan işlər ərsəyə gətirə bilmişəm”.

Ustadının anadan olmasının 110 illiyi münasibətilə Azərbaycan Xalça muzeyində Mübariz Əkbərovun dekorativ-tətbiqi sənət əsərlərindən ibarət “Metalda həkk olunmuş gözəllik” adlı sərgisi uğur qazanıb. Sərgi muzeydə “Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar” adlı 1-ci simpozium ərəfəsində təşkil edilmişdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, daha öncə, 2008-ci il oktyabrın 10-da Bakıda ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunan rəngkarlıq və tətbiqi incəsənət müsabiqə-sərgisində onun əl işləri birincilik qazanıb.

Bildiyimiz kimi, azərbaycanlıların əzəli yurdlarından hələ XVIII əsrdən başlanıb. Bu dövrdə məhz Qərbi Azərbaycandan soydaşlarımız 3 mərhələdə didərgin salınıblar. Mübariz Əkbərovun ailəsi də 1948-ci ildə Azərbaycanın Kür–Araz ovalığına köçürülənlərdən olub. Sonra onlar Gəncədə məskən salıblar. O illəri xatırlayan Mübariz müəllim deyir: “Hüseyn babam deportasiya edildikdə özü ilə “Qara dəstə” adlı xəncərini gətirmişdi. Mən doğulandan babamın həmin yadigarı hər zaman yastığımın altında olub. Sənətə gəldikdən sonra bu xəncəri yenidən hazırlamağı qərara aldım və bacardım”.

Sənətkar bu dövr ərzində ağsaqqalların təklifi ilə İrəvan xəncərinin də hazırlanaraq ərsəyə gəlməsinə nail ola bilib. O, bütün əl işlərini milli ornamentlərlə bəzəməyi sevir. Məhz onun düzəltdiyi qılınç və xəncərlər nəfis naxışlarla bəzədilmiş sənət nümunələri kimi Azərbaycanımızın milli-mənəvi dəyərləri, tarixi-mədəni irsi olaraq təqdim edilir. Bunlar təkcə forma və işlənmə texnikası ilə deyil, zərifliyi və incəliyi ilə də göz oxşayır. Mübariz Əkbərov sənət nümunələrində müxtəlif orijinal variasiyalarla yanaşı, işlərinin yüksək bədiiliyi ilə diqqət mərkəzində olmağı bacarır. “Düzdür, mən rəngkarlığı bitirmişəm, – deyir. – Ancaq qədim silahlara yeni ömür verməyi sevirəm. Bu, bir sənətkar olaraq tarix qarşısında vətəndaşlıq borcum hesab edilə bilər”.

Onun evindəki kiçik emalatxanasında böyük məhəbbətlə hazırladığı əsərləri arasında ispan və ingilis xanımlarının istifadə etdiyi “pika”, ərəblərə məxsus “yamən”, Nepala xas olan “kukri”, fransızlara məxsus “şpaqa” və Yaponiyanın simvoluna çevrilən “katana” kimi əl işləri və digər nümunələr tarixi özündə yaşatmaqdadır. Bu gün sənətkarın əl işləri olan qılınçlar dünyanın məşhur muzeylərində və fərdi kolleksiyalarda qorunub saxlanır. Parlaq yaradıcılıq yolu olan Mübariz Əkbərov özünün sənət nümunələri ilə Almaniya, Böyük Britaniya, Danimarka, Fransa, Rusiya və Türkiyədə təşkil olunan bir sıra beynəlxalq sərgilərdə ölkəmizi uğurla təmsil edir. Müxtəlif ölkələrdən dəvətlər alsa da, ustad sənətkar qədim Gəncəni tərk etmir. Məsələn, Londonda istedadını görüb təklif ediblər ki, daimi olaraq orada qalsın. O isə doğma Gəncəni nəinki Londona, heç bir başqa yerə dəyişməyi ağlına belə gətirmədiyini bildirib.

Mübariz Əkbərovun xəncər, qılınç qəbzə və qınları, buynuzdan hazırladığı badələr, əsalar, döyüş libasları, kəmərlər və digər işləmələri müxtəlifliyi və zənginliyi ilə diqqət çəkir. 2009-cu ildə ekranlara çıxan “Cavad xan” tammetrajlı bədii filmində istifadə edilən Gəncə xanının hərbi geyim dəsti və qılınçı da məhz Mübariz Əkbərovun əl işidir. Onun dekorasiyalarda işlədiyi şəbəkə texniki üsulu hər zaman dünyanın gözəllik harmoniyasını duymaq bacarığı qədər həssas duyğularla müşayiət edilməkdədir. Sənətkar hazırladığı hər bir silahın kimə məxsusluğunu, adını və yaranma tarixini də dəqiqliklə öyrənir. Xalqımızın məğrurluq mentalitetinə xas olan etik-mənəvi normaları, özünəməxsus davranış qaydalarını zərgərlik nümunələrində mütləq nəzərə alır. Axı, müxtəlif yaraq-yasaq təyinatından savayı, həm də yüksək sənətkarlıq örnəkləridir. Tutaq ki, xəncər yaraq olmaqdan əlavə, həm də kişilərin ənənəvi üst geyim komplektini tamamlayan dekorativ bəzək növüdür. Bu səbəbdən də hər zaman məhz onun qınının və qəbzəsinin yaraşıqlı görünməsinə xüsusi diqqət yetirir.

Ömrünün 70-ci baharını yaşayan Əməkdar rəssam Mübariz Əkbərov öz sənət incilərinin parlaq işığının şöləsində yoluna davam edir.

Anar Ərtoğrul BURCƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri