Grok qalmaqalı: İlon Maskın X ində araşdırma başladıldı
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) "Grok" çatbotunun qeyri-əxlaqi şəkillər yaratması səbəbindən İlon Maskın "X" platforması barəsində araşdırma başladıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Euractiv" tənzimləyici orqanın açıqlamasına istinadən məlumat yayıb.
Yoxlama "X"in Avarop İttifaqının (Aİ) Məlumatların Mühafizəsi üzrə Ümumi Reqlamentinin (GDPR) tələblərinə riayət etməsi baxımından aparılır. Tənzimləyicinin bu addımı "X"in Avropa qərargahının İrlandiyada yerləşməsi və qurumun Aİ-də platforma üçün aparıcı tənzimləyici rolunu oynaması ilə əlaqədardır.
"Yanvarın sonunda Avropa Komissiyası insanların fotolarını redaktə etməyə və erotik dipfeyklər, o cümlədən "rəqəmsal soyundurma" effekti ilə və ya açıq-saçıq pozalarda yaratmağa imkan verən süni intellekt aləti səbəbindən "Grok" barəsində araşdırma başladıb", - deyə Avropa Parlamentinin üzvü Regina Doherti bildirib.
Məlumata görə, "Grok" bəzi hallarda yarıçılpaq qadın və yeniyetmələrin təsvirlərini yarada bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 Fevral 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















