Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Alişan Uzak şehir in setində FOTOLAR

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Payızda bu qidalar immuniteti gücləndirir

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Dünyanın ən gözəl oğlanı vəfat etdi

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin hesabat konserti keçirilib FOTOLAR

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin hesabat konserti keçirilib FOTOLAR

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin hesabat konserti keçiriib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin musiqi və incəsənət sektorunun müdiri Altun Rəcəbli, informasiya sektorunun müdiri Pərvin Muradzadə, Respublikanın Əməkdar artisti Mirnazim Əsədullayev, Əməkdar artist Toğrul Əsədullayev, Bakı şəhər musiqi və incəsənət məktəblərinin direktorları, 44 günlük müharibənin iştirakçısı, məktəbin məzunu, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad edilməsi medalları ilə təltif olunan Qələndər Zeynalov və digər qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı, fortepiano müəllimi Nərmin İsgəndərova qonaqları salamlayıb, məktəbin tarixi haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, bu il G.Şaroyevin 135 illiyi və məktəbin yaranmasının 90 illik yubileyini qeyd edilir. G.Şaroyev 13 iyun 1890-cı ildə Rusiyanın Moskva şəhərində anadan olub. Pianoda ifa etməyə səkkiz yaşında başlamışdır. 1900-cu ildə Moskva Dövlət Konservatoriyasına qəbul olmuş, Henrix Paxulski, Vasili Safonov, Konstantin İqumnov kimi pedaqoqlardan dərs almışdır. Daha sonra Sank-Peterburqa köçmüş və 1915-ci ildə təhsilini Peterburq Konservatoriyasında tamamlamışdır.

1919-cu ildə Azərbaycan klassik musiqisinin banisi, professional bəstəkarlıq məktəbinin və musiqi təhsilinin yaradıcısı dahi Üzeyir Hacıbəylinin dəvəti ilə görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin nəslindən olan G.Şaroyev taleyini ömürlük Bakı ilə bağlamışdır. Azərbaycan Dövlət Konservatoriyasında fortepiano kafedrasının (indiki Bakı Musiqi Akademiyasının) yaradılmasında böyük əmək sərf etmiş və 1921-ci ildən ömrünün sonuna kimi (1969-cu il) Azərbaycan Dövlət Konservatoriyasında fortepiano kafedrasının müdiri, dekan, elmi və tədris işləri üzrə prorektor olmuşdur. O , Azərbaycanda musiqi mədəniyyətinin inkişafına əhəmiyyətli xidmətlər göstərərək Konservatoriyanın professoru və “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

G.Şaroyevin təşəbbüsü və rəhbərliyi ilə 1934-cü ildə Müdafiə Nazirliyinin Bakı Dairəvi Zabitlər Evinin nəzdində musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbi fəaliyyətə başlamışdır. O, öz tükənməz enerjisi sayəsində ömrünün sonuna qədər məktəbə rəhbərlik etmişdir. İstedadlı musiqiçi və bacarıqlı təşkilatçı olan G.Şaroyev qısa müddət ərzində öz ətrafında pedaqoqlar toplamışdır. Onların arasında professorlar Semyon Bretanitski, Samuil Berolski, (V.Anşeleyeviç), Xalq artisti, professor Kövkəb xanım Səfərəliyeva, Əməkdar incəsənət xadimi, professor Azad Əliyev, Xalq artisti, professor Fərəc Qarayev və başqalarını göstərmək olar.

1951-ci ildə Hərbi Şuranın qərarı ilə məktəb məcburi nəzəri fənnlərin sayını artırmaqla orta onillik, 1960-ci ildə isə proqramlara məcburi fənn kimi pedaqoji praktika, xor dirijorluğu və təlim metodikası fənnləri daxil edilərək onbirillik Orta İxtisas musiqi məktəbi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə G.Şaroyevin ölümündən sonra məktəbə onun adı verilmişdir. 1987-ci ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə məktəb Azərbaycan SSRİ Mədəniyyət Nazirliyinin tabeliyinə keçərək Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi adlandırılmışdır.

Diqqətinizə çatdıraq ki, 1969-1970 ci illər ərzində məktəbə SSRİ Xalq artisti maestro Niyazi, 1970-1992-ci illər ərzində Respublikanın Əməkdar müəllimi Nurcahan Əliyeva, 1992-1995-ci illər ərzində Nüşabə Quliyeva, 1995 -2021-ci illər ərzində Əməkdar müəllim Yusif Vəliyev rəhbərlik etmişdir. 2021-ci ildən isə məktəbimizə Vəfa Həziyeva rəhbərlik edir.

G.Şaroyevin rəhbərliyi altında böyük pianoçular nəsli yetişmişdir. Məktəbin məzunlarından bəstəkar Oleq Flezer, Moskva Dövlət Konservatoriyasının professoru, bəstəkar, Rusiyanın Əməkdar incəsənət xadimi Konstantin Bataşov, Sank-Peterburq Konservatoriyanın professoru, dirijor, Rusiyanın Xalq artisti Stanislav Qorkovenko və onlarla görkəmli musiqiçilər dünyanın bir sıra ölkələrində yaşayıb yaradırlar.

Məktəbimizin məzunları arasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, T.Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru, Əməkdar müəllim Gülnarə Səfərova, Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Qərinə Kərimova, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrin solisti Boris Paşkin, Ankara Dövlət Konservatoriyasının dosenti , pianoçu Yuriy Sayutkin, Respublikanın ilk qadın dirijoru, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Əməkdar artist Səbinə Əsədova, Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli və başqalarını göstərmək olar. Həmçinin pianoçular Səriyyə Babayeva, Fidan Ağayeva, Ülkər Hacılı, Həşim Həşimov, Ləman Seyidova, Suada Hacızadə, bəstəkar Arzu Abbasova və başqaları xarici ölkələrdə fəaliyyət göstərirlər.

Ölkə başçısı cənab İlham Əliyevin 04 may 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə Dövlət proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məktəbin binası əsaslı təmir olunaraq 15 sentyabr 2012-ci il tarixindən istifadəyə verilmişdir. Məktəb yeni musiqi alətləri və avadanlıqlarla təmin olunmuşdur. Məktəbin binası iki mərtəbə və monsartdan ibarətdir. 36 sinif otağı, kiçik və böyük zal, muzey, kitabxana, anbar, arxiv yaradılmışdır. Məktəbdə 19 ixtisas (fortepiano, violin, faqot, zərb, gitara, kontrabas, klarnet, saksofon, fleyta, vokal, tar, qanun, kamança, balaban, qarmon, nağara, xanəndə, bəstəkarlıq, saz) tədris olunur. 5 şöbə (fortepiano, xalq çalğı alətləri, nəzəriyyə, orkestr alətləri, ümumi fənnlər) fəaliyyət göstərir. 397 şagirdin təlim tərbiyə və tədrisi ilə 69 müəllim məşğul olur.

Çox fərəhləndirici haldır ki, məktəbin məzunlarından Rəna Ələkbərova, İrina Semyonova, İsmət Quliyeva, Cəmilə Səmədzadə, Nərmin İsgəndərova, Kəmalə Ələsgərova, Dinar İsgəndərova, Günay Nağdalıyeva, Ramin Məmmədov, Həqiqət Starşinina və Seyidova-Cəlilova Lalə öz doğma məktəblərində pedaqoji fəaliyyətlə məşğul olurlar.

Məktəbimizin məzunlarından Fəridə Rzayeva, Nəriman Əmiraslanov, Mircavid Cəfərov, Suada Hacızadə, Emin Eminzadə, Atabala Manafzadə, Mirpaşa Şükürov Prezident təqaüdçüləridir. G.Şaroyevin musiqi təhsili sahəsindəki ənənələrini yaşadan və inkişaf etdirən məktəb olaraq şagirdlərimiz Respublika və Beynəlxalq müsabiqələrdə fəal çıxış edirlər.

Məktəbin direktoru Vəva Həziyeva çıxış edərək tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib.

Sonra məktəbin fərqlənən şagirdlərinə Fəxri fərmanlar təqdim edilib.

Sonda isə məktəbin 90 illik yubileyi çərçivəsində Hesabat konserti təqdim edilib. Konsertdə şagirdlərdən Respublika və Beynəlxalq müsabiqənin laureatları - Teymur Qarayev, Mələk Cəbrayılova, Ayxan Sadıqov, Bahar Seyidzadə, Fidan Sultanova, Məlik Fatimə, Ömər Bəbirli, Fəridə Məmmədzadə, Reyhanə Kərimi, Məryəm Əhmədzadə, İsman Nuruyev, Rəsul Cahangirli, Dəniz Abbasova, Fatimə Məmmədova, Cəlal Bəşirlinin, eyni zamanda Süleyman Əliyev, Flora Niftəli, "Səs" uşaqlar 2020" müsabiqəsi laureatı, "Uşaq Avroviziya 2021" müsabiqəsi qalibi Sona Əzizova, Məhəmməd Bayramov, Mirnicat Yaqubov, Mişel Məhəmmədova, Fəxriyyə Əliyeva, Leyla Səmədzadə, Əli Həsənzadə, Dinar İsgəndərova, Kəmalə Ələsgərovanın ifalarından tamaşaçılar da razı qalıblar.

Məmmədhəsən Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see208

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see200

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see195

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see175

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see153

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see140

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see138

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see137

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see134

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see133

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see130

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see127

Dünyanın ən gözəl oğlanı vəfat etdi

27 Oktyabr 2025 08:07see126

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see126

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see125

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see125

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see124

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

27 Oktyabr 2025 06:31see123

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see122

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri