Bakı Musiqi Akademiyasında musiqi məktəbinin hesabat konserti keçirilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Bakı Musiqi Akademiyasında L. və M. Rostropoviçlər adına 21 nömrəli tam orta musiqi məktəbinin hesabat konserti keçirilib.
Konsert proqramının nümayişindən əvvəl AZƏRTAC-a açıqlama verən məktəbin direktoru Məmməd Quliyev bildirib ki, tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.
“Konsertdə məktəbimizin istedadlı şagirdləri çıxış edirlər. Proqramda ümumilikdə 24 solo musiqi nömrəsi yer alıb. İyunun 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək növbəti tədbiri orkestr müşayiət edəcək”,- deyə o, əlavə edib.
Tədbirdə dünya şöhrətli bəstəkarlar Cüzeppe Verdinin “Aida”, Pyotor Çaykovskinin “Qu-quşu”, Ferens Listin “Macar raspodiyası” N2 cis moll, Frederik Şopenin “Ballada” N1 g-moll və digər əsərlər şagirdlərin ifasında təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 May 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















