Güclü əzələlər ürək tutması riskini azaldır Professor DANIŞDI
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Döş qəfəsi və bel əzələlərinin güclü olması ürək-damar xəstəlikləri, o cümlədən infarkt riskini azalda bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyada Ürək-Damar Tədqiqatları Mərkəzinin professoru Mişel Uilyams "HuffPost" nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi araşdırmanın nəticələri göstərib ki, əzələ toxumasının sıxlığı daha yüksək olan insanlarda infarkt keçirmə ehtimalı daha aşağıdır. Professor qeyd edib ki, bu əlaqə yaş, cins və digər ürək-damar risk amilləri nəzərə alındıqdan sonra da özünü göstərib.
“İskelet əzələlərinin vəziyyətinin infarkt riski ilə əlaqəli olması təəccüblüdür”, – deyə Uilyams bildirib.
Professorun sözlərinə görə, ürək sağlamlığını qorumaq üçün velosiped sürmək, pilateslə məşğul olmaq və bədənin əsas əzələlərini gücləndirən məşqlər faydalı ola bilər. Bununla yanaşı, o vurğulayıb ki, əldə olunan nəticələr hələlik ilkin xarakter daşıyır və onların təsdiqlənməsi üçün əlavə elmi tədqiqatlara ehtiyac var.
Qeyd edək ki, bundan əvvəl kardioloq Solomon U. Bienstok arterial təzyiqi dərmansız aşağı salmağın effektiv yollarından biri kimi müntəzəm piyada gəzməyi tövsiyə etmişdi. Həkimin sözlərinə görə, gündə 20–40 dəqiqə, saatda təxminən 5 kilometr sürətlə yerimək qan təzyiqinin azalmasına kömək edə bilər.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 01 İyul 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















