Ürək tutması riskini azaldan giləmeyvə
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "Health" nəşrinin ekspertləri məlumat veriblər.
Mütəxəssislərin sözlərinə görə, çiyələkdə bol miqdarda olan antioksidantlar ürək sağlamlığı üçün xüsusilə faydalıdır. Xüsusilə antosianlar ürək tutması riskini azaltmağa kömək edir. Bundan əlavə, bu maddələr xərçəng hüceyrələrinin yaranma ehtimalını azaldır və onkoloji xəstələrdə onların orqanizmdə yayılmasının qarşısını almağa kömək edir.
Ekspertlər çiyələyin immunitet sisteminə də müsbət təsir göstərdiyini bildiriblər. Belə ki, bir fincan çiyələk insanın gündəlik C vitamini tələbatını ödəyə bilir. C vitamini isə viruslar, bakteriyalar və hətta xərçəng hüceyrələri ilə mübarizədə mühüm rol oynayan leykositlərin yaranmasını dəstəkləyir.
Mütəxəssislər çiyələyi kağız salfetlə örtülmüş, hava keçirməyən qabda saxlamağı və yalnız istifadə etməzdən əvvəl yumağı tövsiyə ediblər. Onların sözlərinə görə, giləmeyvənin üzərindəki artıq nəmlik kif yaranmasına səbəb ola bilər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 İyul 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















