Güclü küləkdə kranlarla işləməyə icazə veriləcək
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi qaydası dəyişdirilir.
Modern.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Hazırda küləyin gücü 6 bal və daha çox olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılır.
Yeni layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda kranlarla işləməyə müəyyən şərtlərlə icazə veriləcək. Bunun üçün həmin hava şəraitində işləmək imkanının kranın texniki pasportunda nəzərdə tutulması tələb olunacaq.
Küləyin gücü 8 balı keçdikdə isə quruda istismar edilən kranlarla bütün növ işlər hər bir halda dayandırılacaq.
Beləliklə, dəyişiklik qəbul olunarsa, 6–8 ballıq külək zamanı bütün kranların fəaliyyətinin avtomatik dayandırılması tələbi aradan qalxacaq. İşin davam etdirilib-etdirilməməsi kranın texniki göstəricilərinə əsasən müəyyənləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















