Icma.az
close
up
RU
Güclü yağış və küləkdə hibrid təhsil Qanun icazə verir

Güclü yağış və küləkdə hibrid təhsil Qanun icazə verir

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanda son illərin təcrübəsi göstərir ki, ekstremal hava şəraiti, təbii fəlakətlər və digər fors-major hallar zamanı tədris prosesinin tamamilə dayandırılması, xüsusilə regionlarda və nəqliyyatın iflic olduğu şəhər mühitlərində həm müəllimlər, həm də tələbə və şagirdlər üçün ciddi problemlər yaradır. Belə hallarda təhsilin davamlılığını təmin etmək üçün hibrid və onlayn təhsil modellərinin tətbiqi zərurətə çevrilir. COVID-19 pandemiyası dövründə bu modelin qısa müddətdə tətbiqi ilə bağlı müəyyən təcrübə qazanılsa da, bu sahədə hələ də sistemli yanaşma və davamlı infrastruktur təminatı yoxdur.


Modern.az-a mövzu ilə bağlı açıqlama verən təhsil sahələri üzrə ekspert Kamran Əsədov bildirib ki, dərslərin fors-major hallarda onlayn keçirilməsi üçün ilk növbədə normativ-hüquqi baza yenilənməlidir:


“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsində distant təhsil formasına icazə verilsə də, bu, daha çox əlavə təhsil və təkmilləşdirmə proqramları üçün nəzərdə tutulub. Əyani təhsil alan tələbə və şagirdlər üçün isə onlayn dərslərin necə və hansı hallarda keçiriləcəyi, hansı texniki standartlara cavab verməli olduğu, qiymətləndirmənin hansı formada aparılacağı hələ də aydın deyil. Bu sahədə elm və təhsil nazirliyinin, DİM-in və universitetlərin birlikdə işləyəcəyi operativ mexanizm qurulmalıdır”.

K. Əsədovun sözlərinə görə texniki baxımdan dərslərin fasiləsiz və keyfiyyətli onlayn keçirilməsi üçün təhsil müəssisələrinin LMS (Learning Management System) – öyrənmə idarəetmə sistemləri ilə təmin olunması vacibdir. Hazırda bu sistem universitetdə - ADA, UNEC, BDU-u kimi universitetlərin bəzi fakültələrində tətbiq olunur, lakin ümumi şəkildə şəbəkələşdirilmiş və Mərkəzləşdirilmiş Təhsil Platforması hələ formalaşmayıb. Bu platforma vasitəsilə müəllim dərsi sinxron və asinxron formada keçirə, tapşırıqları yükləyə, tələbə isə sual verə, iştirakını qeyd etdirə və qiymət ala bilər.

Hibrid təhsil formasının müsbət tərəfləri haqqında da danışan ekspert vurğulayıb ki, ilk növbədə təhsilin fasiləsizliyi, coğrafi baryerlərin aradan qalxması, müəllim və tələbənin fərqli vaxtlarda dərsə qoşula bilməsi və resurslara istənilən vaxt çıxış imkanı hibrd təhsil formasının əsas üstünlükləridir:
“Əlavə olaraq, bu model xəstəlik, zədə, ailə vəziyyəti və ya digər səbəblərlə dərsə gələ bilməyən şəxslərin təhsildən yayınmamasını təmin edir. Universitet səviyyəsində bu model elmi seminarların, mühazirələrin və hətta beynəlxalq konfransların təşkilində daha çevik imkan yaradır”.

“Bununla yanaşı mənfi tərəflər də az deyil. İnternetə çıxışın bərabər olmaması, xüsusilə kənd rayonlarında texniki təchizatın zəifliyi, müəllimlərin pedaqoji texnologiyaları tətbiq etməkdə çətinlik çəkməsi və onlayn dərslərin psixoloji olaraq canlı dərslərlə eyni motivasiyanı təmin etməməsi ciddi problemlər yaradır. Üstəlik, qiymətləndirmə zamanı plagiat hallarının artması və real bacarıqların ölçülməsinin çətinləşməsi bu modelin effektivliyinə mənfi təsir göstərir”- deyə o qeyd edib. 

Prosesin hazırkı dövr üçün reallığından danışan Kamran Əsədov bildirib ki, Azərbaycanda hibrid təhsil formasına keçid, tam şəkildə olmasa da, məhdud şərtlərlə və konkret situasiyalar üçün real görünür:
“Misal üçün, qış aylarında ekstremal hava şəraiti olduqda və ya müəyyən bölgələrdə epidemioloji vəziyyət pisləşdikdə, dərslərin yalnız həmin bölgələr üzrə onlayn keçirilməsi mümkündür. Bunun üçün əvvəlcədən hər məktəb və universitet üçün “fors-major tədris planı” hazırlanmalı və həmin planlar tədris ilinin əvvəlində təsdiqlənməlidir. Bu plan çərçivəsində dərs materialları əvvəlcədən hazırlanmalı, müəllimlər texnoloji bacarıqlarla silahlanmalı, tələbə və şagirdlərə isə bu prosesdə iştirakı stimullaşdıran mexanizmlər yaradılmalıdır”.

“Azərbaycan üçün bu sistemin tətbiqi, ilk mərhələdə yalnız ehtiyat tədbiri kimi başlasa da, uzunmüddətli perspektivdə rəqəmsal təhsil mədəniyyətinin formalaşması, müəllimlərin texnoloji hazırlığının artırılması, təhsil bərabərliyinin genişlənməsi və elmi resurslara çıxış imkanlarının çoxalması ilə nəticələnə bilər. Bunun üçün dövlət, nazirlik və məktəb rəhbərlikləri səviyyəsində koordinasiya olunmuş, texniki və hüquqi əsaslandırılmış yol xəritəsi hazırlanmalıdır. Əks halda, hava şəraiti və digər fors-major hallar zamanı tədris prosesi yalnız fiziki infrastrukturun təsadüflərinə tabe olacaq və nəticədə itirilmiş dərs günləri, təhsildən yayındırılmış minlərlə şagird və tələbə ilə üzləşəcəyik. Bu isə təhsil sistemində dərinləşən bərabərsizlik və keyfiyyət uçurumu yaradar” – deyə sonda o qeyd edib. 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri