Icma.az
close
up
RU
Güclü zəmanət, ağır seçim: Ukraynanı sülhə aparan yol haradan keçir?

Güclü zəmanət, ağır seçim: Ukraynanı sülhə aparan yol haradan keçir?

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ və Avropanın Ukrayna ilə bağlı ortaya qoyduğu yeni təhlükəsizlik və bərpa paketi, ilk baxışda Kiyev üçün indiyədək təklif olunmuş ən ciddi və genişmiqyaslı dəstək çərçivəsi təsiri bağışlayır.

800 min nəfərlik güclü ordunun saxlanılması, Avropanın rəhbərlik etdiyi çoxmillətli qüvvənin Ukraynaya yerləşdirilməsi, ABŞ-nin liderliyində atəşkəsə nəzarət mexanizmləri və “5-ci maddə tipli” təhlükəsizlik zəmanətləri faktiki olaraq Ukraynanı NATO üzvü olmadan NATO təhlükəsizlik orbitinə daxil etməyi hədəfləyir. Bununla yanaşı, Avropa İttifaqına üzvlük perspektivinin açıq şəkildə dəstəklənməsi və Rusiyanın dondurulmuş aktivləri hesabına bərpa və yenidənqurma planları Qərbin Ukraynanı uzunmüddətli strateji tərəfdaş kimi saxlamaq istədiyini göstərir. Bu yanaşma həm Kiyevə müharibədən sonra “tək qalmayacaqsan” mesajı verir, həm də Avropanın öz təhlükəsizliyini Ukrayna üzərindən qorumaq niyyətini açıq şəkildə ortaya qoyur.

Ancaq bu paket nə qədər güclü görünürsə görünsün, onun mərkəzində son dərəcə ağrılı və həssas bir məsələ dayanır: ərazi güzəştləri. Rəsmi ritorikada qərarın Ukraynanın suveren seçimi olduğu deyilsə də, ABŞ arqumentləri və Avropa liderlərinin açıqlamaları göstərir ki, sülh müqaviləsinin reallığı məhz bu güzəştlər üzərində qurulub. Polşanın Baş naziri Donald Tuskun açıq şəkildə bunu dilə gətirməsi Qərbin öz daxilində artıq bu ssenari ilə barışdığını göstərir. Kiyev üçün bu, çox çətin seçimdir: ya müharibəni davam etdirərək ərazi bütövlüyü uğrunda mübarizəni sürdürmək, ya da güclü təhlükəsizlik zəmanətləri və iqtisadi dirçəliş qarşılığında faktiki itkiləri qəbul etmək. Üstəlik, ABŞ-nin bu zəmanətlərin “əbədi olmayacağı” mesajı Ukraynanın gələcəkdə yenidən risklə üz-üzə qala biləcəyini də istisna etmir.

Digər tərəfdən, bu model Rusiyaya da açıq mesaj verir. Təklif edilən razılaşma Moskva üçün iki əsas qazanc vəd edir: ərazi üzərində nəzarətin tanınması və qlobal iqtisadiyyata qayıdış imkanı. ABŞ-nin “məsələni bağlayan” bir paket hazırlamaq istəyi göstərir ki, Vaşinqton uzunmüddətli müharibədən daha çox, idarə olunan və nəzarət edilə bilən kompromis axtarışındadır. Bu isə sülhün mahiyyətini dəyişir: məqsəd tam ədalətli nizam qurmaq yox, daha böyük eskalasiyanın qarşısını almaqdır.

Nəticədə Ukrayna üçün təklif olunan yol sülhə aparan asan yol deyil, ağır seçimlər və uzunmüddətli risklərlə dolu bir marşrutdur. Bu marşrutun harada bitəcəyi isə təkcə Kiyevin qərarlarından deyil, Qərbin verdiyi sözlərə nə qədər sadiq qalacağından və Rusiyanın bu razılaşmanı nə dərəcədə real qəbul edəcəyindən asılı olacaq.

Alim Nəsirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri