Icma.az
close
up
RU
Gül, pomidor, xiyar, bibər... və süd

Gül, pomidor, xiyar, bibər... və süd

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Və ya “Rosselxoznadzor”un Ermənistanla bağlı qərarlarına sözardı

Gül, pomidor, xiyar, bibər, göyərti, çiyələk, ərik, şaftalı, nektarin, gavalı, alça, albalı, gilas, üzüm, badımcan, kartof, quru meyvələr və mineral su. Yazının başlanğıcı qəribə gələ bilər. Amma gəlməsin, çünki söhbət siyasətdən gedir. O siyasət ki, hazırda onun, belə demək mümkünsə, süd seqmenti var. Arayış verək ki, sadaladıqlarımız may ayından indiyədək Rusiyanın “Rosselxoznadzor” adlanan Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin sanksiyası ilə üzləşmiş erməni məhsullarının siyahısıdır. Göründüyü kimi, siyahıda sonuncu yeri süd tutur. Amma hələlik. Yəni digər məhsulların da sanksiya ilə üzləşməsi mümkündür.

Əlqərəz, “Rosselxoznadzor” Ermənistanın süd məhsullarının idxalına məhdudiyyət tətbiq edib. Bu barədə qurum məlumat yayıb və bildirilib ki, 2026-cı il iyulun 27-dən etibarən Ermənistandan Rusiyaya süd məhsullarının idxalına yol verilməməsi ilə bağlı nəzarətin təmin edilməsi tapşırılıb. Rəsmi səbəb budur ki, mütəxəssislər iyulun 14-ü və 21-i aralığında Ermənistanın əvvəllər baytarlıq xidmətinin zəmanəti əsasında Rusiyaya məhsul ixracına icazə verilmiş kiçik süd emalı müəssisələrində yoxlama aparıblar. Yoxlama müəyyənləşdirib ki, məhsulların izlənilməsi (trasabilik) sistemində, baytarlıq müşayiətedici sənədlərinin rəsmiləşdirilməsində, laborator ekspertiza prosesində, həmçinin risklərin idarə olunması sistemlərinin və istehsalat nəzarəti proqramlarının icrasında bir sıra pozuntular var: “Aşkarlanmış pozuntular nəzərə alınaraq, “Rosselxoznadzor” Rusiyaya xüsusilə təhlükəli infeksiyaların daxil olmasının və daxili bazarda təhlükəsiz olmayan süd məhsullarının satışının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görüb”.

Əlbəttə, erməni südünün kristallığını iddia etmirik. Amma başlanğıcdakı sıralamanı təsadüfən diqqətə çatdırmadıq. Çünki “Rosselxoznadzor”un Ermənistandan Rusiyaya ixrac olunan məhsullara qarşı məhdudiyyətləri ardıcıl xarakter daşıyır. Bu amil Ermənistanın Rusiya bazarından asılılığı və iki ölkə arasındakı siyasi münasibətlər fonunda geniş müzakirə olunur. Axı birdən-birə bu qədər məhsulun normalara cavab verməməsi qəribədir. Məhsulun zay, yəni xarab olması isə mümkündür ki, bunun Ermənistanın gəlirlərinə, böyük anlamda iqtisadiyyatına təsiri var. Söhbət mənfi təsirdən gedir.

Bəli, “Rosselxoznadzor”un ardıcıl qərarları göstərir ki, məhdudiyyətlər artıq tək bir məhsul qrupu ilə məhdudlaşmır, Ermənistanın Rusiyaya ixrac etdiyi əsas kənd təsərrüfatı və ərzaq məhsullarının böyük hissəsini əhatə edir. Deməli, məhsulların xarab olmasının qarşısı alınmalıdır ki, bu barədə rəsmi İrəvan düşünməyə artıq başlayıb. Belə ki, Ermənistan rəhbərliyi Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərdən sonra ixracatçılar üçün subsidiya proqramlarını genişləndirib, Avropa İttifaqı, Böyük Britaniya və digər bazarlara çıxışı stimullaşdırmaq məqsədilə nəqliyyat və ixrac dəstəyi mexanizmlərini işə salıb, həmçinin yeni bazarların axtarışına çıxıb. Yeri gəlmişkən, Azərbaycan bazarı da aktualdır. Aydındır ki, “Rosselxoznadzor”un qərarları Ermənistanın son dövrdə Avropa İttifaqı ilə yaxınlaşması fonundakı siyasi təzyiq elementləridir. Yəni Moskva İrəvanı yolundan döndərmək iddiasındadır. Ancaq Ermənistan hakimiyyətinin atdığı və yuxarıda sadaladığımız addımlar göstərir ki, ölkə bu təzyiqlərin qarşısında geri çəkilmək niyyətində deyil. Belə bir durumda ortaya sual çıxır: Rusiya yanlış mövqe tutduğunun fərqinə varmır?

Əslində, sualımız ritorikdir. Çünki təzyiq siyasəti Rusiyanın varlığına hakim kəsilmiş alətdir. Bu siyasətə məhz may ayından start verilməsi isə səbəbsiz deyil. Axı iyunda Ermənistanda parlament seçkiləri keçirilirdi və ölkədəki müxalif kəsim Rusiyanın Ermənistan üçün həyati əhəmiyyətliliyi tezisini tirajlayırdı. Böyük ehtimalla, “Rosselxoznadzor”un qərarları erməni elektoratına məhz bu əhəmiyyəti anlatmağa hesablanmışdı. Yəni haylar görməli idilər ki, çıxış yolu Ermənistandakı ruspərəstləri dəstəkləməkdir. Yoxsa...

Amma gözləntilər özünü doğrultmadı və Baş nazir Nikol Paşinyan qələbə qazandı. Bu qələbə rəsmi İrəvana daha qətiyyətli davranmaq imkanı verir. Görünür, hazırda Nikolun qətiyyətinə qarşılıq verən “Rosselxoznadzor”dur. Halbuki Rusiya rasional düşünməlidir. Hərçənd onun üçün belə bir düşüncə tamamilə yaddır və cılız davranışlarla Ermənistanla bağlarını itirdiyinin, əksinə İrəvanı daha çox Qərbə yaxınlaşdırdığının fərqində deyil. Axı erməni məhsulları o qədər çox deyil ki, Avropanın marketlərinə sığmasın. Hamısı sığacaq və nəticə etibarilə mənəvi baxımdan itirən elə Rusiyanın özü olacaq.

Sonda yenidən süd üzərinə qayıdaq. Məlumdur ki, bu məhsul çox faydalıdır və məsələ barədə uzun-uzadı danışmadan yalnız bir faydanın üzərində dayanaq. Süd toksik maddələri, yəni zəhəri dəf etmək, həmin maddələrin mənfi təsirlərini azaltmaq və ya neytrallaşdırmaq baxımından böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, zərərli işlərdə məşğul olanlar üçün ayrıca süd norması müəyyənləşdirilir. Deməli, Rusiyada bu məhsula tələbat var. İndiki durumda isə tələbatın böyüklüyünü söyləmək mümkündür. Güman edirik, əlavə şərhə ehtiyaz qalmır.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyul 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri