“Qarabağ”ın sabiq qapıçısı azarkeşləri hədələdi Komandadan qovdular
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin “Göztepe” klubu “Qarabağ”ın keçmiş qapıçısı Luka Quqeşaşvilini heyətdən kənarlaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İzmir təmsilçisi rəsmi bəyanat yayıb.
Qərara 27 yaşlı gürcüstanlı qolkiperin “Gaziantep FK” ilə matçdan (2:4) sonra sosial şəbəkədə azarkeşlərin ünvanına yazdığı qalmaqallı mesajlar səbəb olub.
Görüşün ilk hissəsində 4 qol buraxaraq əvəzlənən və azarkeşlər tərəfindən fitə basılan Quqeşaşvili paylaşımında tənqidçiləri “Klaviatura arxasında gizlənənlərə tək sözüm var: Dünya kiçikdir, bir gün küçədə qarşılaşacağıq” sözləri ilə hədələyib.
Klub oyunçuya qarşı intizam icraatının başladıldığını və proses yekunlaşana qədər onun komandadan ayrı məşq edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 09 Sentyabr 2026 04:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















