Gülay son konsertində Ebru Gündeşi kopyaladı VİDEO
Icma.az bildirir, Bakupost portalına istinadən.
Müğənni Gülay Zeynallı son konsertində seçdiyi səhnə obrazı ilə diqqət mərkəzinə düşüb.
Bakupost.az xəbər verir ki, sənətçinin imici sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, üç gün əvvəl Heydər Əliyev Sarayında ilk solo konsertini verən Gülayın səhnə görünüşü Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin ötən il dekabrın 25-də “Volkswagen Arena”da keçirilən “Beraber Söylüyoruz” konsertindəki səhnə stilinə bənzədilib.
Həmin konsertdə Gündeş kostyum və qalstuk daha qapalı imicdə səhnəyə çıxmışdı. Gülayın da bənzər detallara üstünlük verməsi izləyicilərin diqqətindən yayınmayıb.
Sosial şəbəkələrdə bir çox istifadəçilər sənətçinin türkiyəli müğənnidən ilhamlandığını, hətta onu kopyaladığını iddia ediblər. Digərləri isə onun kimisə kopyalamağa ehtiyacı olmadığını bildiriblər.
Yasəmən, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 28 Aprel 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















