Gülbarə Sultanova: Xəzərin məhvinin qarşısını almaq üçün bütün türk dövlətləri birləşməlidir
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəzərin Aral dənizi kimi məhv olmasının qarşısını almaq üçün bütün türk dövlətləri birləşməlidir.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova COP29 çərçivəsində keçirilən İnsan kapitalı problemləri üzrə Türkiyə İqlim Təşəbbüsü Forumunda deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Forumunda hazırlanacaq tövsiyələr BMT-nin iqlim dəyişiklikləri ilə bağlı təyin etdiyi gündəliyin ümumi inkişafı üçün zəmanət, əsasdır:
"İqlim müzakirələrində bütün dünya ictimaiyyətinə təsir edəcək islahatlar, istiqamətlər, transformasiyalar üçün növbəti gündəliyi formalaşdırmaq vacibdir. Hesab edirəm ki, beynəlxalq əməkdaşlıq olmadan, bütün ölkələr iqlim müzakirələrində fəal iştirak etmədən problemləri həll etmək mümkün deyil. Xüsusilə Xəzər dənizinin Aral dənizi kimi məhv olmasının qarşısını almaq, onu xilas etmək üçün bütün türk dövlətləri birləşməlidir. Ümumi vəzifə çox vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 18 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















