Icma.az
close
up
RU
Gülçöhrə Məmmədova Luka di Yanmarino ilə görüşdü FOTOLAR

Gülçöhrə Məmmədova Luka di Yanmarino ilə görüşdü FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Luka di Yanmarinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Unikal" xəbər verir ki, görüşdə səfirliyin və universitetin nümayəndə heyətləri iştirak edib. Professor Gülçöhrə Məmmədova səfiri salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə və bu münasibətlərdən ilhamlanaraq AzMİU ilə İtaliya universitetləri arasında qurulan əməkdaşlıqlara diqqət çəkib. O qeyd edib ki, beynəlxalq əməkdaşlıq AzMİU üçün prioritet istiqamətlərdən biridir və bu kontekstdə İtaliya universitetləri ilə əməkdaşlıq xüsusilə məhsuldardır.

İtaliyanın Azərbaycandakı səfiri cənab Luka di Yanmarino çıxışında Azərbaycan və İtaliya arasında tarixi və mədəni oxşarlıqları vurğulayıb. O bildirib ki, Romada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi bu əlaqələrin bariz nümunəsidir. Səfir, AzMİU-nun İtaliya universitetləri ilə əməkdaşlığını maraqla izlədiklərini və bu münasibətlərin daha da inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd edib. O, həmçinin universitetdə italyan dilinə göstərilən marağa görə təşəkkürünü bildirərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün istənilən dəstəyi verməyə hazır olduqlarını bildirib.

Görüş çərçivəsində nümayəndə heyətləri arasında müzakirələr aparılıb. İtaliya universitetləri ilə birgə əməkdaşlıq imkanları və səfirliyin bu əməkdaşlıqdakı rolu ətraflı şəkildə nəzərdən keçirilib. Səfir cənab Luka di Yanmarino universitetin 50 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsini təklif edib. Qərara alınıb ki, bu təşəbbüs üzrə konkret plan və proqram hazırlanaraq icraya yönəldilsin.

Görüşün sonunda qonaqlar AzMİU-nun Dizayn və Memarlıq fakültələrinin tədris binalarında oldular. Burada onlara İtaliya-Azərbaycan Dizayn Mərkəzi və mərkəzin tədris laboratoriyaları haqqında ətraflı məlumat verildi. Bildirildi ki, bu mərkəz Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə 2019-cu ildə imzalanan müqavilə əsasında yaradılıb və Milan Politexnik Universitetinin Dizayn Fakültəsinin modeli əsasında qurulub. Mərkəzdə tələbələr dizayn sahəsində ən son trendlərlə tanış olur, onlar üçün ustad dərsləri, müxtəlif workşoplar və görüşlər təşkil olunur.

Səfir tədris mühiti, tələbələrin layihələri və əl işləri ilə də yaxından tanış olub. Qonaqlara bildirilib ki, Dizayn və Memarlıq fakültələrinin İtaliyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri – Florensiya Universiteti, Sapienza Universiteti, Milan Politexnik və Polimi universitetləri ilə yüksək səviyyəli əməkdaşlıq münasibətləri və ikili diplom proqramları mövcuddur. Söhbət zamanı bu əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri