Güləş millisinin məşqçisi: Söz verirəm ki, Olimpiya medalını Azərbaycana gətirəcəyəm
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 26 dekabr, AZƏRTAC
Mənim üçün çox gözlənilməz oldu. Çox sevincliyəm. Sanki yuxudayam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev tərəfindən yeni mənzillə təmin olunan qadın güləşçilərdən ibarət Azərbaycan millisinin məşqçisi Solmaz Adilova deyib.
O, bu mükafatın həyatının dönüş nöqtəsi olacağını bildirib: “Uzun illərdir kirayədə yaşayırdım və ən böyük arzularımdan biri şəxsi evə sahib olmaq idi. Şükürlər olsun ki, artıq bu arzum gerçəkləşdi. Söz verirəm ki, Olimpiya medalını Azərbaycana gətirəcəyəm. Bilirsiniz ki, indiyədək yerli güləşçilər arasında Olimpiya medalını qazanan olmayıb. Mənim qarşımdakı ən böyük hədəf məhz budur”.
Məşqçinin sözlərinə görə, uğurların davamlı olması üçün daim çalışmaq lazımdır: “İndi məqsədim daha böyük mükafatlara doğru addımlamaqdır. Amma təbii ki, bunun üçün nəticə göstərmək, daha çox işləmək lazımdır. Heç bir mükafat təsadüfən verilmir, hər şeyin arxasında zəhmət dayanmalıdır. İstəyirəm ki, hər uğuru halal zəhmətimlə qazanım”.
S. Adilova il ərzində qazandıqları uğurların onun üçün böyük sevinc mənbəyi olduğunu vurğulayıb: “Ruzanna Məmmədovanın İslam Oyunlarında qazandığı gümüş medal mənim üçün ilin ən böyük sürprizi idi. Fikirləşirdim ki, ili elə bu medalla başa vuracağıq. Amma dövlətimizin rəhbəri tərəfindən verilən bu mükafat mənim üçün tam gözlənilməz oldu”.
Məşqçi dövlət tərəfindən idmana göstərilən diqqəti xüsusi vurğulayıb: “Cənab Prezidentin idmana olan sevgisini, diqqət və qayğısını hər zaman hiss edirik. Hər bir idmançının və məşqçinin əziyyətini dəyərləndirir. Bu, bizi daha da ruhlandırır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 26 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















