Güləşçilərimiz “Zaqreb Open”in ilk gününü 5 medalla bitirib
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.
Apasport.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
(70 kq) çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov qızıl medala sahib çıxıb.
İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.
Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, “Zaqreb Open” fevralın 5-dən 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək Azərbaycan çempionatına start verilib Sərbəst güləşçilərimizdən 3 medal Güləş seminarı Qubada İki güləşçimizdən medal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 06 Fevral 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















