Icma.az
close
up
RU
Güləşçilərimiz Vətənə medalla qayıdıblar

Güləşçilərimiz Vətənə medalla qayıdıblar

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 Dünya çempionatında 1 dəst medal qazanan sərbəst güləş üzrə milli komandanın üzvləri vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları qarşılanma mərasimi keçirilib. Komandanın baş məşqçisi və üzvləri mətbuata açıqlama verib.

Xetaq Qazyumov, baş məşqçi:

– Çox sevinirik ki, bu yarışda çempionumuz oldu. Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik. Gənc güləşçimiz Xetaq Karsanovun yenicə keçdiyi 125 kiloqramda gümüş medal qazanması da sevindiricidir. Ali Tsokayev də 86 kiloqrama keçidini bürünc medalla qeyd etdi. Ceyhun Allahverdiyev və Fərid Cabbarovdan da medal gözləyirdik.

Onlardan başqa da medal qazana biləcək milli üzvləri var idi. Bəzisi taktiki səhvlərə yol verdi. Bəzisi isə emosiyalarını cilovlaya bilmədi. 3 gündən sonra İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlayacağıq. Bu yarışda aşkarladığımız səhvləri və boşluqları növbəti yarışa qədər aradan qaldırmağa çalışacağıq.

Kənan Heybətov, Dünya çempionu:

– Bu yarışa çox yaxşı hazırlaşmışdım. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. U23 yaş qrupunu qızıl medalla başa vurdum. İnşallah, daha da yaxşı hazırlaşıb, gələn il böyüklər arasında da bu uğuru təkrarlayaram. Finalda güləşdiyim iranlı Sina Xəlililə yanvarda da qarşılaşmışdım. Zaqrebdə keçirilən reytinq turnirinin finalında tam üstünlüklə (12:1) qalib gəlmişdim. Bu yarışda 0:3 hesabıyla geridə idim. İkinci hissədə geridönüş edərək 9:4 hesablı qələbə qazandım.

Xetaq Karsanov, dünya ikincisi:

– İlk növbədə, bizə yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Daha da yaxşı nəticə əldə etmək istərdik. Şəxsən özümdən çempionluq gözləyirdim. 125 kiloqramda debüt edirdim. Səhvlərim üzərində işləyəcəyəm. Daim yanımızda olan və bizə kömək edən bütün məşqçilər heyətinə minnətdaram.

Q.YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri