Güllələnən müəllim İdrak Liseyinə qayıdır ÖZƏL
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İdrak" Liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı xəsarət alan müəllim Şəhla Kamilova ilə bağlı yeni xəbər var.
Modern.az-ın əldə etdiyi məlumata görə, müəllimin səhhətində müsbət irəliləyiş müşahidə olunur. Ehtimallara əsasən, Ş.Kamilova müalicə prosesi başa çatdıqdan sonra yenidən işinin başına qayıdacaq.
Onun qarşıdakı 6 ay ərzində boyun nahiyəsində gipslə müalicə alacağı bildirilir. Müəllimin növbəti tədris ilində yenidən "İdrak" liseyində tədrisə başlayacağı bildirilir.
Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” Liseyində 10-cu sinif şagirdi Əli Şirinov silahlı insident törədib.
Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 24 Fevral 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















