Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Gülşən Lətifin “Azər və Aida”sı

Gülşən Lətifin “Azər və Aida”sı

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda azərbaycanlı mərhum yazıçı anılıb, kitabı təqdim edilib

Doğma Şuşadan, Azərbaycandan uzaqda daim Vətən həsrəti və Zəfər arzusu ilə yaşayan əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Niderland Yazıçılar və Ssenaristlər İttifaqının üzvü Gülşən Lətifin 8 noyabra təsadüf edən doğum günündə LİBRAFF kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında anım günü keçirilib.

Yazıçının şüurunu zəmanə və məkan müəyyən edir. Müxtəlif siyasi və sosial mühitdə, fərqli cəmiyyətlərdə yetişən və yaradan sənətkarların yaradıcılığlı eyni ola bilməz. Bu mənada Azərbaycandan keçən əsrin 90-cı illərində Hollandiyaya köçən və orada iyirmi ildən artıq yaşayan Gülşən Lətifin yaradıcılığı digər azərbaycan yazıçılarından öncə baxış bucağı ilə fərqlənir. Lakin Vətənindən uzaqda yaşasa da, əsərlərində əks etdirilən mövzular – Azərbaycanla, vətəni ilə bağlıdır.

Fəlsəfədə iki kateqoriya - forma və məzmun fərqləndirilir. Gülşən xanımın şəxsiyyətində bu iki kateqoriya vəhdət təşkil edir. Bir tərəfdən gözə çarpan dərəcədə zahiri gözəllik, heyrətamiz görkəm, digər tərəfdən isə daxili zənginlik, dərin təfəkkür, yüksəkliklərə qalxan nəhəng ruh, geniş şəffaf qəlb, könül kübarlılığı - bütün bunlar doğal, orqanik şəkildə birgə yaşayırdı.

Ruzveltin həyat yoldaşının sözləri var: “İnsanları üç kateqoriyaya ayırmaq olar – kiçik ağıllı insanlar adamları müzakirə edir, orta ağıllı insanlar hadisələri, böyük ağıllı insanlar ideyaları müzakirə edir. Gülşən Lətifin istedadı o qədər parlaq, çoxşaxəli və zəngin idi ki, kreativ ideyaları daşıb tükənmirdi.

Yazar əsərlərində insan psixologiyasının, həmçinin bizim cəmiyyətin psixologiyasını öz qəhrəmanları vasitəsilə aşkarlayır. Onun əsərlərinin qəhrəmanları - bir tərəfdən kütlə olaraq orta təbəqənin davranışının, düşüncəsinin, baxışlarının, bəzən xoşagəlməz şablon və stereotiplərin

daşıyıcısıdır. Digər tərəfdən həmin o kütləyə qatılmaq istəməyən, fərd olaraq kütlənin baxışlarını üstələyən və fərqli davranan, şəxs, şəxsiyyət olaraq özünü kütlənin təzyiqindən qoruyan və yaxud əksinə, qurbanı olan insanlardır.

“Bizim nəslin qızları” romanı nəsildən nəsilə ötürülən mədəni və mənəvi dəyərlərdən, adət-ənənələrimiz, eyni zamanda, ümumibəşəri dəyərlərdən bəhs edir. Gülşən Lətifin incə ştrixlərlə qəhrəmanların hisslərini çatdırmaq, heyrətamiz süjetlər uydurub qurmaq bacarığı heyrətləndirir.

Əsərləri qeyri adi fabula ilə, oxucunu əsərin sonuna qədər nigaran saxlayan süjetlərlə, eyni zamanda, dərin fəlsəfə ilə, insanı düşünməyə vadər edən fikirlərlə fərqlənir.

Qadın obrazları yaradıcılığında xüsusi yer tutur. Əsərlərində zərif, eyni zamanda, ruhən güclü qadın obrazları oxucunun qəlbində dərin iz qoyur. Gülşən Lətif bir tərəfdən qadınların cəmiyyətdə fəallığını, digər tərəfdən isə təbiət tərəfindən onlara verilən statusunun qorunmasını dəstəkləyir, müdafiə edir.

“Azər və Aida” romanında müəllif bir ailənin həyatı üzərində minlərlə insanın faciəsini təsvir edir. Həyatın hökmü ilə müharibənin əks tərəflərində qarşı-qarşıya qalan iki sevgilinin, iki əmiuşağının acı taleyini təsvir edir.  Sual yarana bilər ki, niyə yazar personajları, məsələn, sadəcə birlikdə böyüyən yaxşı qonşular kimi deyil, əmiuşağı kimi təsvir edir? Burada önəmli məqam odur ki, bir tərəfdən, Qarabağ müharibəsinin yaratdığı xaosa qarşı ailə bağlarının belə gücünün olmadığını göstərmək istədi. Digər tərəfdən, romanda daşnak ideologiyası ilə yaşayan erməni cəmiyyətindən fərqli olaraq erməni gəlininin rahat yaşadığı gözəl bir Azərbaycan ailəsi təsvir olunur. Lakin Qarabağ hadisələri millətlər arasında dostluğun bu idillik mənzərəsinə son qoydu.

Romanın dəhşətli səhnələrin biri erməni xislətini nümayiş etdirir – Rusiyaya anası ilə köçən Aidanın erməni dayısı onun namusuna təcavüz edir.

Təbii ki, Qarabağ mövzusu Gülşən Lətif kimi Vətənə bağlı, vətənpərvər şəxsiyyətin yaradıcılığında ən önəmli, təməl mövzudur. Gülşən Lətifin həyatının məqsədi, amacı oxuculara, xüsusən də xaricdə yaşayan insanlara həqiqətləri, xalqımıza qarşı erməni millətçilərinin törətdiyi cinayətləri, haqsızlıqları tanıtmaq idi. O deyirdi, “Ən əziz arzum - azad edilmiş Şuşanın qoxusunu duymaqdır”.

Qarabağ hadisələri, insanların qarşılaşdığı fəlakətlər, müharibənin fəsadları, qaçqınların həyatı əsərlərinin önəmli mövzuları idi –Azərbaycanda həmin zaman kəsiyində bu mövzuda əsərlərin az sayda yaranan vaxtda,  Gülşən Lətif “Kabus”, “Kartofdan ürək”, “Dağlar qızı”, “İşığa doğru”,“Azər və Aida” kimi əsərlər yaratdı. Bədii əsər təxəyyül məhsulu olsa da, əgər doğru ifadələrlə, həssas və diqqətçəkən formada yazılıbsa, oxucunun yaddaşında dərin iz buraxır.

“Kartofdan ürək” hekayəsinin qəhrəmanı vəhşi düşmənlərin əlindən canlarını xilas edən doğma yurdunu qoyub Azərbaycana üz tutan qaçqınlarla Ermənistandan buzlu dağları keçib yetim oğlan uşaqdır. Uşaqlıqdan məhrum edilən uşaq.. O yolunu davam etmək üçün şaxtadan donmuş bacısını qarın üzərində qoymalı olur, sonra ömrünün sonuna qədər özünü lənətləyib bağışlaya bilmir. Lakin yaşadığı bütün acılardan sonra xoşbəxtlik ona nəsib olur.

Gülşən Lətifin əsərlərindən tərtib edilən kitab Haaqada holland dilində nəşr olunduqda Avropada heyranlıqla qarşılandı. Gülşən xanım ermənilərin törətdiyi vəhşiliklərin miqyasından şoka düşən avropalı oxuculardan çoxsaylı reaksiyalar aldı: Avropada yaşayan insanlar nəhayət kimin kim olduğunu anlamağa başladı.

Gülşən Lətif, Hollandiyada yaratdığı “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri olaraq etiraf edirdi: “Paradoksal haldır, o vaxta qədər diaspora fəaliyyətimizlə bağlı keçirdiyimiz heç bir konfransın bu cür emosional təsiri olmamışdır. Bədii mətnin yüzlərlə keçirilən tədbirlərdən daha güclü təsiri vardır”.

Əsərlərini bizlər üçün, tarix üçün qoyub getdi Gülşən Lətif... Onun işıq üzü görməyən bir əsəri - “İşığa doğru” romanının oxucularla görüşü hələ qabaqdadır...

Ülviyyə Əhmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri