Icma.az
close
up
RU
Aida Eyvazlının filmi təqdim olundu

Aida Eyvazlının filmi təqdim olundu

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İpək Yolu Mədəni və Tarixi Araşdırmalar" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  donorluğu və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı  ilə ərsəyə gətirdiyi "Sanqi Sur - Zəngəzurdan keçən yol..." sənədli filminin təqdimatı keçirilib. Modern.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzində keçirilən təqdimat mərasimində  ictimaiyyət nümayəndələri, ziyalılar, diplomatik mərkəzlərin təçsilçiləri iştirak ediblər.

İctimai Birliyin rəhbəri Aida Eyvazlı Göytürkün  ssenari əsasında  təqdim olunan  “Sanqi Sur –Zəngəzurdan keçən yol...” sənədli filmi  türk tarixinin  üstünü toz basmış, çox az araşdırılmış Zəngi tayfalarının tarixi haqqında yeni araşdırmadır. Qısa filmdə Zəngi tayfalarının ilk dəfə yaşadığı və yayıldıqları ərazilər, eybi zamanda göstərdikləri qəhrəmanlıqlar və Azərbaycana bağlılıqlarından bəhs olunur. Filmdə Misir, Özbəkistan, Azərbaycandan olan alimlər və araşdırmaçılar öz fikirlərini bölüşüblər. Türkoloq alim Firudin Cəlilov, AMEA-nın  baş elmi işçisi Ramin Əlızadə, Səmərqənd Dövlət Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori, misirli araşdırmaçı Əhməd Tarbik Zəngi tayfaları haqqında əsaslı məlumatlar veriblər.

Sənədli filmin bir hissəsi  həm də Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində çəlkilib.

Təqdimat mərasimində çıxış edən Qırğızıstanın Azərbaycandakı səfiri cənab Maqsad Mamutkulov, Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Sancar Mahmudov bildirdilər ki, Türk Dövlətləri Təşkilatının təşəkkül tapdığı bir dövrdə belə tarixi filmin nümayiş olunması gizli türk tarixinə bir işıq salır. Mərkəzi Asiya, Misir və Azərbaycandan bəhs edən tarixi örnəklər oxşar taleli, oxşar xalqların qədim  əlaqələrini sübut edir. Diplomatlar eyni zamanda filmin qırğız və özbək dilinə tərcümə edilməsinin vacibliyini vurğulayıblar.

Filmin layihə rəhbəri  Aida Eyvazlı Göytürk  bildirdi ki, Azərbaycan Respublikası  Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Özbəkistan və Azərbaycanda yaşayan Zəngi tayfaları: Zəngəzur-Zəngiata türk yurdları"  layihəsi əsasında ərsəyə gələn filmin ictimai yükü çox ağırdır. “Sanqi Sur- Zəngəzurdan keçən yol...” sənədli filmi  həm də türk dünyasının yol xəritəsidir. Bu yolların Zəngəzurdan başlanması və ya Zəngəzura getməsinin sirrini qoruyub saxalayan kitabələrimiz, qədim arxivlərimiz vardır. Bu sənədli film açılmaq ərəfəsində olan Zəngəzura gedən ilk müjdədir. Biz başladıq ki, davamı gəlsin.  Biz  bir türk ailəsi kimi əl-ələ verib, eyni arzu, eyni istəklə bu yola çıxarıqsa, üstünü toz basmış tariximizin tozunu silərək, çox möhtəşəm qəhrəmanlıqları və traixi həqiqətləri üzə çıxarmış olarıq”.

Türküstan.az saytının redaktoru Aqil Camal Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Naxçıvanda elan olunmasından,  terk tarixini araşdıran ictimai birliklərə göstərilən etimad və dəstəkdən danışdı.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev  filmin  bu günümüzlə, türk dünyasının çağırışları ilə səsləndiyini, gənc nəslin  yeni araşdırmalar aparması, öyrənməsi üçün gözəl dərs vəsaiti olduğunu bildirib.

Filmin redaktoru Vəli Əkbər filmin redaktoru, ssenari müəllifi və layihə rəhbəri Aida Eyvazlı Göytürk, quruluşçu rejissoru Vusal Orucov, rejissoru Rəna Yunuslu,  operatorlar Fariz Şıxaəlizadə və Rüstəm Abdullayev, montajçı Rauf Əzimovdur.

Sonda filmin ekranlaşdırılmasına dəstək verən qurumlara "Təşəkkürnamə" təqdim olunub. Təltif olunanlar arasında  Modern.az da yer alıb.

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri