Icma.az
close
up
RU
Gültəkin Hacıbəylinin mandat müxalifətçiliyi

Gültəkin Hacıbəylinin mandat müxalifətçiliyi

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycanda yaxşı bir el məsəli var: 

“Utanmasan oynamağa nə var ki?” Bu məsəl həm də ona görə yaxşıdır ki, bir çox situasiyalarda düz yerinə oturur, vəziyyəti izah etmək üçün bəzən ondan gözəl ifadə tapmaq mümkün olmur. Bu, dilimizin kasadlığından yox, situasiyanın “özəlliyindən” irəli gəlir…

Bir zamanların özünü hakimiyyətin AŞPA-dakı “danışan dili”, alovlu iqtidarpərəsti kimi göstərən, indi isə şanlı müxalifətçi, AXCP sədri Əli Kərimlinin sol böyrünü zəbt edib özünü müxalifətçi kimi təqdim edən keçmiş deputat və əsl mənsəbpərəst Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki çıxışlarına, paylaşımlarına, statuslara yazdığı rəylərə baxanda adamın ağlına ilk bu ifadə gəlir - “Utanmadan oynayan qız...”

Əslində nə iqtidarçı, nə müxalifətçi ancaq və ancaq mənsəbpərəst olan Gültəkin Hacıbəyli heç vaxt utanmayıb. Əgər günlərin birində qəfildən mövqeyini dəyişib indi aid olduğu düşərgəyə qarşı əvvəlki mövqeyinə qayıtsa da, yenə utanası deyil. 

Bugünlərdə sosial şəbəkədə “Tofiq bəy Yaqublunun dünənki məhkəməsində baş verənlərdən sonra onu həbsdə saxlamaq üçün Göbbels həyasızlığı lazımdır” yazanda bircə dəfə də olsun dönüb keçdiyi yola baxmağı lazım görməmişdi. 

Məsələ Gültəkin Hacıbəylinin bu cümləni məhz T. Yaqublu barəsində yazmasında deyil, məsələ Gültəkin Hacıbəylinin “Göbbels həyasızlığı” ifadəsini işlədə bilməsində və buqələmun siyasi mövqeyindədir. 

Bu, bir adamın bəlkə də ölçü vahidi tapılmamış nankorluğunun həcmidir. Bir zamanlar ölkəni gəzərək təriflədiyi, indi sosial şəbəkələrdə dürlü-dürlü tənqidlər yazdığı iqtidara nə oldu ki, pis oldu? Yaxud o zaman tənqid etdiyi həmin müxalifət nədən Gültəkin Hacıbəylinin nəzərində birdən-birə yaxşıya çevrildi? 

Çünki o zaman Gültəkin Hacıbəylinin deputat mandatı, digər imtiyazları vardı. Göstərdiyi canfəşanlıq da iqtidara olan sədaqətindən irəli gəlmirdi, sadəcə, əlində olanları saxlamaqla yeni imtiyazlar əldə etməyə çalışırdı. 

İndi yanında boy göstərdiyi, az qala xilaskar obrazına bürüdüyü Əli Kərimlini tənqiddən imtinasının səbəbi budur. 

Gültəkin Hacıbəyli deputat mandatını itirən kimi tərəfini də dəyişdi və keçmiş deputat qəfildən “aydınlandı” ki, sən demə, onu deputat edən, imtiyazlar verən, bəhrələndiyi, hesabına hər şey qazandığı iqtidar pis imiş. Gültəkin Hacıbəylinin düşüncələrində baş verən bu dəyişikliklər səmimiyyət və ya mübarizə ruhunun oyanmasında deyil. O, deputat mandatı verilmədiyindən qeyzləndi. Elə bilirdi ki, mandat onun alın yazısıdır və ömrünün sonuna kimi ən azı bu vəsiqəni özüylə daşıyacaq. Onu itirən kimi dırnaqarası sədaqətini də itirdi və hakimiyyətin ən radikal tənqidçisinə çevrildi. 

Deməli, hər şey o mandatın başında imiş. Gültəkin Hacıbəylinin düşüncə və hərkətlərinə yön verən də məhz o mandatdır, əgər mandat çantadadırsa, ölkədə hər şey yaxşıdır, hökumətin tənqid ediləsi bircə tərəfi də yoxdur.

Əgər çantaya qoymaq üçün mandat yoxdursa, deməli, hər şeyi qaradır, gözünə taxdığı eynəklə gördüyü kimi...

Lakin Gültəkin Hacıbəylini tanıyanlar yaxşı bilir ki, o zaman iqtidar üçün səmimi olmadığı kimi, indi müxalif düşüncəsində də səmimi deyil. Təbii ki, Əli Kərimli və ya Fuad Qəhrəmanlıya hansısa formada simpatiyası ola bilər.

Çünki hər iki tərəf bir-birindən istifadə etməyə, yararlanmağa çalışır. 

Amma sıravi, illərlə aldadılan cəbhəçilər onun brend geyimlərlə müxalifət sırasında boy verməsini nə ciddi, nə də səmimi qəbul edirlər. Əli Kərimli Gültəkin Hacıbəylinin keçmiş deputat statusundan yaralanmaq, Gültəkin Hacıbəyli isə “bəlkə də qaytardılar” ümidi ilə yaşayır. 

Günlərin birində Gültəkin Hacıbəyliyə mandat yox, hardasa bir müşavirin müşavirliyi belə təklif edilsə, anında indiki sırasında durduğu düşərgəni də satacaq və mövqeyini əsaslandırmağa çalışacaq, özü də utanmadan...
Bu “utanmadan oynayan qız” belədir...

“Cümhuriyət” Analitik Qrupu

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri