Gülüş terapiyası narahatlığı azaldır, həyat məmnuniyyətini artırır ARAŞDIRMA
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 12 avqust, AZƏRTAC
Jaen Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmaya əsasən, gülüş terapiyası böyüklərdə narahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və həyat məmnuniyyətini artırır.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırma barədə məlumat “Journal of Happiness Studies” jurnalında dərc olunub. Bildirilib ki, araşdırma 1991-2024-cü illərdə həyata keçirilmiş 33 randomizə edilmiş klinik sınağın nəticələrini birləşdirib. Ümumilikdə 2 min 159 yetkin (təxminən 74 faizi qadın) iştirakçını əhatə edən bu sınaqlar səhiyyə və sosial mühitlərdə aparılıb. Araşdırmanın nəticələrinə görə, gülüş terapiyası narahatlığın idarəedilməsinə və həyat məmnuniyyətinin artmasına böyük təsir göstərib. Xüsusilə gülüş yoqası tətbiqlərində bu göstəricilər daha yüksək olub. Nəticələr, həmçinin göstərib ki, onlayn gülüş terapiyası minimal təsir göstərir, bu isə sosial qarşılıqlı əlaqənin əhəmiyyətini vurğulayır.
Tədqiqatçılar hesab edirlər ki, gülüş terapiyası psixoloji rifahın artırılmasında təsirli vasitədir.
Baxış sayı:53
Bu xəbər 12 Avqust 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















