Gün boyu enerjili qalmağın SİRRİ QIZIL QAYDA
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ruslar gün boyu enerjili qalmağın sirrini açıblar.
Səhər yeməyini oyandıqdan sonra bir saat ərzində etmək məsləhətdir.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu kliniki diyetoloq Monika Amelkoviç deyir.
O, gün ərzində aktiv və enerjili olmaq üçün düzgün səhər yeməyinin qəbulunu məsləhət bilir.
Amelkoviçin sözlərinə görə gün ərzində ayıq qalmaq üçün yuxudan oyandıqdan sonra bir və ya iki stəkan ilıq su içmək lazımdır, çünki gecə bədən çoxlu maye itirir.
Diyetoloq ilk yemək üçün zülal və yağlarla zəngin qidaları seçməyi məsləhət görüb:
“Səhər yeməyində yulaf əzməsinə üstünlük verilməlidir. Ani sıyıq yox, 20-30 dəqiqə bişirilməsi lazım olan tam taxıllı dənli bitkiləri seçmək tövsiyə edilir. Zülallar toxluğun əsasıdır və əzələlər, fermentlər, hormonlar və immunitet sistemi üçün tikinti materialıdır. Lif sağlamlıq və düzgün bağırsaq hərəkətliliyi üçün vacibdir. Sağlam yağlar enerji verir və bir çox vitaminləri mənimsəməyə kömək edir”.
Monika Amelkoviçin fikrincə, səhər qəhvəsi acqarına deyil, yeməkdən bir saat sonra içilməlidir:
"Bu içki mədə selikli qişasını qıcıqlandırır və qastritin kəskinləşməsinə səbəb ola bilər, həmçinin tərkibində qidadan mikroelementlərin sorulmasına mane olan maddələr var"./Bizim.Media
Baxış sayı:102
Bu xəbər 05 Aprel 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















