Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı
Icma.az, Ses qazeti-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı.
Artıq 5 ildir ən dəhşətli soyqırımlarından biri olan Xocalı faciəsinin qisası döyüş meydanında alınıb. İnsanlar indi bu faciəyə fərqli formada yanaşır. Qisas qiyamətə qalmadı deyə bir təskinlik yaşayır. 2023-cü ilin 15 oktyabrında cənab Prezidentin tariximizə qızıl hərflərlə düşmüş səfərinin ardından Qarabağda yeni mərhələ başlanıb və nəinki Xocalı, eləcə də bütövlükdə Qarabağ son 100 illik tarixində heç olmadığı qədər azaddır, müstəqildir. 1992-ci ilin 25 fevraldan 26 fevrala keçən gecə ermənilər Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366 motoatıcı alayının iştirakı ilə Xocalıda elə bir dəhşətli soyqırımı aktı törətdilər ki, şahidləri, əsirləri dinlədikcə, əldə olan kadrlara baxdıqca insanın qanı donur. Xocalıdakı cinayətləri ilə ermənilər faktiki olaraq soyqırımı aktı törətdilər, çünki "Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması" haqqında konvensiyanın bütün tələbləri ermənilərin törətdikləri vəhşiliklərdə sırf azərbaycanlıları məhv etməyə yönəlik xüsusi qəsd amilinin olması; uşaqların, qadınların qəddarlıqla qətlə yetirilməsi adıçəkilən konvensiyanın sadəcə bir neçə maddəsini özündə ehtiva edir. Xüsusi qəsd amilinin olmasını dəstəkləyən digər önəmli faktlar isə budur ki, Xocalı hələ 1991-ci ilin oktyabr tarixindən etibarən mühasirəyə alınır, 1992-ci ilin 28 yanvar tarixində isə sonuncu helikopter Xocalıya eniş edə bilir. Bu tarixdən sonra Xocalının nəinki Azərbaycan, bütün dünya ilə əlaqəsi itir və ötən hər gün Xocalını yavaş-yavaş soyqırımına doğru aparır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Bu gün Xocalıda tapılmış kütləvi məzarlıqlar da soyqırımın dəhşətini növbəti dəfə göstərir. İnsanları, qadınları, uşaqları əllləri-qolları bağlı öldürərək, basıdırblar. Hətta əsr kimi saxladıqları azərbaycanlıları da sonradan öldübürüb kütləvi məzarlıqlarda basıdrıblar. Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. İşğalçı və soyqırımı siyasətinə münasibətdə Ermənistanı işğalçı dövlət olaraq tanıyan ilk beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatı oldu. Nəzərə almaq lazımdır ki, İƏT Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilatdır və İƏT qəbul etdiyi qətnamələrində dünya ictimaiyyəti, xüsusilə də İƏT ölkələrinə həm işğal edilmiş torpaqlarımızla bağlı, həm də 1 milyona yaxın qaçqın problemi ilə bağlı zəruri çağırışlar etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, İƏT Azərbaycanın Qarabağ həqiqətlərini dünya dövlətlərinin diqqətinə çatdırması üçün önəmli siyasi platforma rolunu oynamışdır. 32 ildən sonra cənab Prezidentin iştirakı ilə xocalıların Xocalıda bu qanlı soyqırımı anması, onların əziz xatirəsinə həsr edilən Memorial Kompleksin bünövrəsinin qoyulması olduqca önəmli bir tarixi an oldu. Çünki Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək bir qanlı aktdır. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Sözsüz ki, Xocalıda olanlar Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində təbliğ edilir. Çünki Xocalı soyqırımı cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.” Nəticədə isə bu ədaləti ancaq Azərbaycanın özü təmin etdi. II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Təbii ki, 2023-cü ilin 19-20 sentyabrına qədər bu ərazilərdə hələ də özünün mövcudluğunu saxlamağa çalışan separatçı rejim tarixin arxivinə göndərildi. Cənab Prezident də qeyd edib ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. 2023-cü il oktyabrın 15-də Xocalıda Müzəffər Ali Baş Komandan tərəfindən şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntəsəni oldu. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış konsepsiyasına uyğun olaraq sürətlə bərpa, quruculuq işləri icra edilir. Bu mənada 2023-cü ilin 20 sentyabrından sonra ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməyə başlayıb. Qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri keçmiş qaçqın və məcburi köçkünlərin öz tarixi ata-baba yurdlarına qayıdaraq, burada əbədi xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışı təmin olunacaq.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

