Icma.az
close
up
RU
“Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı” Mehriban Vəliyeva

“Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı” Mehriban Vəliyeva

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Ermənistanın Azərbaycana törətdiyi qanlı cinayətlər arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dinc əhalini kütləvi qətliama məruz qoyan ermənilərin məqsədi bir rayonun əhalisini tamamilə yer üzündən silmək idi. Onların insanlıq əleyhinə törətdikləri bu cinayəti yalnız dünya tarixində dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Holokost və Ruanda kimi faciələrlə müqayisə etmək olar. Təəssüflər olsun ki, dünya, beynəlxalq təşkilatlar hələ də Xocalı faciəsinə lazımi qiymət verməyib. Üzərindən 33 il keçsə də, Xocalı faciəsi Azərbaycan xalqı üçün qaysaqlamamış sağalmaz yaradır. Biz Xocalı şəhidlərinin qisasını 28 il sonra döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsində döyüşə atılan gənclərin böyük əksəriyyəti 1992-ci ildə heç anadan olmamışdılar, Xocalı faciəsi haqqında kitablardan, mətbuatdan məlumat alıblar. Amma onlarda vətənpərvərlik ruhu, qisas hissi o qədər güclü idi ki, müharibənin başlanmasını səbrsizlikdə gözləyirdilər. Onları silaha sarılaraq döyüş meydanına çəkən qüvvə məhz ermənilərin Xocalıda amansızcasına qətlə yetirdikləri uşaqların, qadınların, qocaların ruhu idi”.  

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub: “Onların məqsədi təkcə Xocalını işğal etmək deyildi, əhalini qırmaq, bütün Azərbaycan xalqının gözünü qorxutmaq idi. Xocalını ayaqyalın tərk etmək istəyən əhalini pusquya salıb qətlə yetirmək, meyitləri təhqir etmək misli görülməmiş cinayətdir.  Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Karnegi Fondunun məşhur tədqiqatçı-jurnalisti Tomas de Vaala müsahibəsində Xocalı soyqırımını qəsdən törətdiklərini etiraf edib. O bildirib ki, Xocalıya qədər azərbaycanlılar ermənilərlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bu, əli azərbaycanlıların qanına batan Serj Sərkisyanın etirafıdır. Onun bibaşa iştirakı ilə   Xocalıda 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınlar isə qarın boşluğuna süngü vurularaq öldürülüb. Xocalı şəhəri xarabalığa çevrildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.  “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir.  Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli iş nəticəsində ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları faciəni tanıyıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib”.

Ermənistanın beynəlxalq təşkilatlar, ədalət məhkəməsi tərəfindən cəzalandırılmadığını təəssüflə dilə gətirən M.Vəliyeva bildirdi ki, Azərbaycan dövləti özü cinayətkarı cəzalandırmaq qərarına gəldi və bunu bacardı: “2020-ci il sentyabrın 27-də  Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Həm onların qisası alındı, Xocalı azad olundu, həm də onlara qarşı cinayət törədən ermənilərin bir qismi Bakıda məhkəmə qarşısında cavab verir. Əminəm ki, Bakı Hərbi Məhkəməsi Qarabağda insanlıq əleyhinə cinayətlər törətmiş erməniəsilli şəxslərin layiqli cəzasını verəcəkdir. Cənab Prezidentin Xocalı soyqırımı ərəfəsində həmin ərazilərə səfəri, xocalılıarla görüşü, bərpa- tikinti işləri ilə tanışlığı haqqın təntənəsi, ədalətin bərpasıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri