Icma.az
close
up
RU
Tarixi ədalətin bərpası: Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı

Tarixi ədalətin bərpası: Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biridir. Bu faciə yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş qəddar bir cinayət aktı kimi tarixə düşmüşdür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutdu. Şəhərdə qalan 2500-ə yaxın əhali, əsasən qadın və uşaqlar şəhəri tərk etməyə çalışarkən pusquya düşdü. Nəticədə, 613 nəfər qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Əhalinin bir hissəsi isə dağlarda donaraq həlak oldu.
İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
BMT Baş Assambleyasının 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına əsasən, Xocalı faciəsi soyqırımı kimi dəyərləndirilir. Bu konvensiyaya görə, milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən cinayətlər soyqırımı kimi tanınır. Xocalıda törədilən cinayətlər soyqırımı anlayışının bütün meyarlarına tam uyğun gəlir.
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi böyük tədbirlər nəticəsində 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT və dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Ulu Öndər Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciət edərək bu hadisəni, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi səciyyələndirdi. Heydər Əliyevin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama əsasən, hər il fevralın 26-sı ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Xocalı soyqırımı bir çox ölkələrin parlamentlərində tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstan kimi ölkələr Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) də Xocalıda törədilən cinayətləri soyqırımı kimi tanıyaraq üzv dövlətləri bu faciənin tanınması istiqamətində səy göstərməyə çağırmışdır.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, Ermənistanın rəsmi olaraq üzr istəməsi və cinayətkarların cəzalandırılması məqsədi daşıyır. Kampaniya çərçivəsində sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar və seminarlar keçirilir.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad edərək Xocalı faciəsi qurbanlarının qisasını aldı. 44 günlük müharibədə qəhrəmanlıq nümunələri göstərən şanlı ordumuz Xocalı şəhərini də 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlədi. Prezident İlham Əliyev tərəfindən 2023-cü il oktyabrın 15-də bu şəhərdə dövlət bayrağımızın ucaldılması şəhidlərin xatirəsinə hörmət və Azərbaycan xalqının birlik, həmrəliylik ruhunu bir daha nümayiş etdirdi. Azad edilmiş torpaqlar Xocalı soyqırımı qurbanlarına ehtiramın təcəssümüdür.
Hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq minlərlə insan Bakıda “Ana harayı” abidəsini ziyarət edir. Xocalı soyqırımının 30-cu ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü təşkil edilmişdir.
Xocalı faciəsi yalnız Azərbaycan xalqı üçün deyil, bəşər tarixində böyük bir faciədir. Bu cinayət insanlıq tarixində Holokost kimi digər soyqırımlarla müqayisə oluna biləcək dəhşətli bir hadisədir. Tarixi ədalətin bərpası və gələcək nəsillərin belə fəlakətlərlə üzləşməməsi üçün Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması, təbliği və müvafiq hüquqi qiymətin verilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı Xocalı şəhidlərinin xatirəsini daim ehtiramla yad edəcək.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri