Icma.az
close
up
RU
Xocalı qətliamının intiqamı döyüş meydanında alındı

Xocalı qətliamının intiqamı döyüş meydanında alındı

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı keçən əsrin sonlarından başlayaraq Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atan aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biri kimi baş vermişdir. Mahiyyət etibarı ilə, 33 il bundan öncə törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu:

"Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın insan azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdi. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Xocalı qətliamına ilk dəfə hüquqi qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu dəhşətli faciə barədə demişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.” Bu gün hələ də erməni şovinizmini qidalandırmaqda davam edən bəzi Qərb ölkələri isə, Xocalı qırğınını törədən cinayətkar rejimi dəstəkləməklə özlərini də ifşa etmiş olurlar".

K.Qafarov qeyd edib ki, ermənilərin bu vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi və Azərbaycan bütün şəhidlərinin qanını düşməndən döyüş meydanında aldı:

“Otuz ilə yaxın müddət ərzində bir çox beynəlxalq təsisatlar Qarabağ münaqişəsini guya ki, sülh yolu ilə həll etməyə çalışsalar da, əslində, onların məqsədi bu münaqişəni dondurmaq, Azərbaycana hərbi yolla öz ərazilərini geri almağa imkan verməmək və illər sonra xalqımızı işğal faktı ilə həmişəlik barışdırmaq idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti bu planları alt-üst etdi. Şanlı ordumuz Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində isə, Xocalı şəhəri də Xankəndi, Ağdərə, Xocavənd şəhərləri digər qalan ərazilərimizlə birgə separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran möhtərəm dövlət başçımız İlham Əliyev Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Fevral 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri