Icma.az
close
up
RU
“Günay Ağamalının açıqlaması o vaxt həqiqətə uyğun olardı ki...” Jurnalistdən deputata sual

“Günay Ağamalının açıqlaması o vaxt həqiqətə uyğun olardı ki...” Jurnalistdən deputata sual

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclis üzvü Günay Ağamalının qızı olduğu iddia edilən gəncə dair özü bəyanat versə də, açıq suallar qalır.

Deputat sosial mediada qızı haqqında yayılan məlumatlara münasibət bildirib. O, yayılan videonun əsassız və qərəzli kampaniyanın tərkib hissəsi olduğunu vurğulayıb.

Günay Ağamalı qeyd edib ki, sosial mediada yayılan görüntülərdəki şəxs onun övladı deyil.

Videonu paylaşan jurnalist Şəfəq Ağacan “Yeni Sabah”a bildirib ki, Günay Ağamalının verdiyi izahla tanışdır, amma onun açıqlaması həqiqətə uyğun deyil:

"Çünki videogörüntü yayılan kimi nə Günay Ağamalı, nə də Fəzail Ağamalı zəngə cavab verdi. Hətta qardaşı Elçin Ağamalı da dedi ki, bu barədə şərh vermək istəmir.

Gəlin, məntiqlə düşünək. Mənim deputat Günay Ağamalıya qarşı heç bir qəsdi-qərəzliyim yoxdur. Sadəcə video qarşıma çıxdı və mənə maraqlı gəldi ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü olan şəxsin mental dəyərlərdən uzaq ailə üzvü var. Deputatın belə bir övladının olmağı bizim üçün yaxşı örnək deyil. Məhz buna görə sözügedən videonu paylaşdım”.

Jurnalistin sözlərinə görə, videonun paylaşmasından sonra həmin şəxsin sosial şəbəkə hesabında bütün görüntülərin silinməsi və profilin yoxa çıxması şübhə doğurub:

“Günay Ağamalının açıqlaması o vaxt həqiqətə uyğun olardı ki, o, öz övladının şəkillərini paylaşar və təsdiq edərdi ki, videodakı qız onun övladı deyil. Necə oldu ki, bu görüntüləri yayan kimi qızın səhifəsindən bütün videolar dərhal silindi, daha sonra axtarışda həmin profil belə çıxmadı?

Mən də jurnalistəm, hər halda, araşdırmamış material paylaşmaram. Biz Konstitusiya hüquqlarını bilirik, paylaşımda heç bir təhqir yoxdur. Sadəcə ictimailəşdirmişik və cəmiyyətin fikrini öyrənmək istəmişik.

Günay Ağamalı deyir ki, qızıma oxşaya bilər, amma o deyil. Bəs sinədəki, qollardakı tatular necə? Əgər biz səhv düşüncədəyiksə, Günay xanım qızının şəklini çəkib göstərsin. İkincisi, bu səhv idisə, niyə o, sözügedən paylaşımdan sonra niyə “Facebook”da mənə dostluq təklifi yollamışdı? O heç vaxt dostluğumda olmayıb”.

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see239

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see202

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see161

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see152

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see140

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see134

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see132

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see131

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see128

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see127

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see120

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri