Icma.az
close
up
RU
Günay Ağamalının adı kommersiya reyestrində: Hələ də “BUTA” bağçasının qanuni təmsilçisidir VİDEOFAKT

Günay Ağamalının adı kommersiya reyestrində: Hələ də “BUTA” bağçasının qanuni təmsilçisidir VİDEOFAKT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının ötən günlərdə keçirilən qurultayında qalmaqal yaşanıb. Partiyanın yeni sədrinin kim olacağı məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı müşahidə olunub.  Qurultay zamanı Fəzail Ağamalı ilə oğlu arasında gərginlik yaranıb və mühafizəçilərin müdaxiləsi nəticəsində ata və oğul bir-birindən uzaqlaşdırılıb.
32gun.az sabiq bağça müdiri olan, deputat Günay Ağamalının rəhbərlik etdiyi müəssisə ilə bağlı araşdırma aparıb. Əldə etdiyimiz məlumata görə, “BUTA” Körpələr Evi Uşaq Bağçası hazırda da Günay Ağamalı Fəzail qızına məxsusdur. Bu məlumat Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrində də öz əksini tapır. Belə ki, nizamnamə kapitalı 20 manat olan “BUTA” Körpələr Evi Uşaq Bağçasında qanuni təmsilçi kimi Günay Ağamalı Fəzail qızı göstərilir.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasında deputatlığa namizədlər üçün müəyyən şərtlər nəzərdə tutulub. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndinə əsasən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Həmçinin Konstitusiyanın 89-cu maddəsində deputat mandatından məhrumetmə və səlahiyyətlərin itirilməsi ilə bağlı əsaslar göstərilir. Həmin maddənin 4-cü bəndində qeyd olunur ki, dövlət orqanlarında vəzifə tutan, din xadimi olan, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olan şəxslərin deputat mandatı ləğv edilir.
Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə görə, dövlət orqanları və qurumlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır.
Xatırladaq ki, Günay Ağamalı 1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkilərində 65 saylı Salyan–Biləsuvar–Neftçala seçki dairəsindən deputat seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri