Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: Günay Ağamalının da təyinatının legitimliyinə...
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"5 noyabr 2025-ci ildə faktiki olaraq mövcud olmayan AVP İdarə Heyətinin iclasının keçirilməsinə və 12 rayon təşkilatının sədrinin və təşkilatın fəaliyyətinə xitam verilməsinə dair saxta sənəd yayımlanmışdır. Bununla əlaqədar olaraq fəaliyyətinə "xitam" verilən təşkilat sədrlərinin bir qrupu 2023- cü ildən sonra İdarə Heyəti tərəfindən qəbul olunan qərarların legitimliyinin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmişdir. 2024-cü ildə sədr müavini təyin olunan Günay Ağamalının da təyinatının legitimliyinə dair rəy bildirmək Ədliyyə Nazirliyindən xahiş olunmuşdur. Eyni məsələlərlə bağlı rayon təşkilatının rəhbərləri tərəfindən yaxın günlərdə məhkəməyə də müraciət olunacaqdır".
Mia.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının (AVP) son qurultayında sədr seçildiyini iddia edən Fəzail Ağamalının oğlu Elçin Ağamalı sosial media hesabında yazıb.
O, təəssüflə bildirib ki, partiyada yaranmış böhranın aradan qaldırılması üçün məsələlərin danışılaraq həll olunması istiqamətindəki bütün təşəbbüsləri uğursuzluğa uğrayıb.
Samir
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















