Icma.az
close
up
RU
Günay Əfəndiyeva: Biz öz mədəni irsimizə sahib çıxmalıyıq

Günay Əfəndiyeva: Biz öz mədəni irsimizə sahib çıxmalıyıq

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan məsələsi dövlət siyasətimizin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu kontekstdə Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın maddi-mənəvi irsinin araşdırılması və sənədləşdirilməsi xalqımızın Qərbi Azərbaycandakı köklərinin elmi əsaslarla bir daha təsdiqinə xidmət etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Pirallahı Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Evində keçirilən “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimat mərasimində deyib.

Kitab Qərbi Azərbaycan İcması tərəfindən hazırlanıb və nəşr olunub.

Milli Məclisin deputatı Günay Əfəndiyeva Qərbi Azərbaycanın zəngin mədəni irsinə diqqət çəkib: “Bu ərazilərdə qədim tariximiz boyunca inşa edilən çox sayda məscidlər, türbələr, qəbiristanlıqlar və digər dini-tarixi abidələr Azərbaycan xalqının yüzillərlə yaratdığı mədəniyyətin bariz nümunələridir. Bu abidələrin böyük bir qismi erməni işğalı nəticəsində dağıdılmış, bir çoxu isə izləri silinərək məhv edilməyə çalışılmışdır”.

“Bu gün biz bu irsi yenidən bərpa etmək, tariximizi sənədləşdirmək və gələcək nəsillərə ötürmək kimi müqəddəs bir missiyanı həyata keçiririk. Biz öz mədəni irsimizə sahib çıxmalıyıq”, – deyə Günay Əfəndiyeva vurğulayıb.

Deputat qeyd edib ki, bu baxımdan, “Qərbi Azərbaycan İrsi” kimi elmi əsaslara söykənən nəşrlər həm beynəlxalq aləmdə, həm də yerli ictimai fikirdə ciddi dəyər kəsb edir. O bildirib ki, bu kitab milli irsimizin sistemli şəkildə toplanması fonunda böyük elmi və ideoloji əhəmiyyət daşıyır.

Günay Əfəndiyeva Qərbi Azərbaycanla bağlı daha geniş elmi tədqiqatların aparılmasının əhəmiyyətinə diqqəti çəkərək bildirib: “Kitab Qərbi Azərbaycanın tarixi reallıqlarını əks etdirməklə yanaşı, milli yaddaşımızın, mədəni köklərimizin qorunması və yaşadılması istiqamətində strateji bir addımdır”.

Milli Məclisin deputatı çıxışında belə bir irs layihəsinin tədqiqata cəlb olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı işlərin görüləcəyinə inamını ifadə edib.

Tədbirdə, həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və yerli sakinlər iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri