Gündara Nurimova: İqlim dəyişmələrinin sağlamlığa mənfi təsirinin qarşısını alan sənədlər hazırlanmalıdır AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 22 yanvar, AZƏRTAC
İqlim dəyişmələri qlobal bir məsələdir və bu problem türkdilli dövlətlər üçün də böyük əhəmiyyət daşıyır. Regionumuzda havanın keyfiyyətinin pozulması cəmiyyətin sağlamlığına, xüsusilə ürək-damar xəstəliklərinin artmasına birbaşa təsir edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstan Parlamenti Məclisinin Sosial və mədəni inkişaf komitəsinin üzvü Gündara Nurimova TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı səsləndirib. O bildirib ki, hər il milyonlarla insan iqlim dəyişmələri səbəbindən həyatını itirir. Bu, səhiyyə sisteminə əlavə yük gətirir. İqlim dəyişmələrinə əsaslanan qanunvericiliyin qabaqlayıcı təsirləri çox vacibdir. Bu baxımdan qanunverici orqanların rolu mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişmələrinin sağlamlığa mənfi təsirinin qarşısını alan sənədlər hazırlanmalı və bu sahədə ciddi addımlar atılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Yanvar 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















