Icma.az
close
up
RU
İqlim dəyişmələrinin sağlamlığa təsirini minimuma endirmək üçün qlobal səylər vacibdir AZƏRTAC

İqlim dəyişmələrinin sağlamlığa təsirini minimuma endirmək üçün qlobal səylər vacibdir AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 yanvar, AZƏRTAC

Bu gün planetimizdəki həyatın hər tərəfini, o cümlədən hər bir insanın sağlamlığını əhatə edən qlobal bir çağırışla üz-üzəyik. Dünya ətraf mühitə, ekosistemə və sağlamlığa təsir edən dəyişmələr yaşayır. İqlim dəyişmələrinin təsirləri dünyanın müxtəlif yerlərində temperaturun yüksəlməsindən daşqın, quraqlıq, qasırğa və meşə yanğınlarına qədər olan hadisələrdə özünü göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er yanvarın 22-də TÜRKPA üzvü olan parlamentlərin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, bu fəlakətlər insanların sağlamlığına birbaşa təsir göstərir, xəstəliklərin sayının artmasına, sağlamlığın itirilməsinə, vaxtından əvvəl ölümə səbəb olur. Beləliklə, səhiyyə sistemlərinin yükü durmadan artır. İqlim dəyişmələri və sağlamlıq arasındakı əlaqəni anlamaq effektiv qanunvericilik və siyasi qərarlar üçün olduqca vacibdir: “Qarşımızda duran vəzifə iqlim dəyişmələri ilə bağlı riskləri minimuma endirməyə və ilk növbədə əhalinin sağlamlığının qorunmasını təmin etməyə kömək edəcək tədbirlərin hazırlanmasıdır. Bu çərçivədə qanunverici orqanlar sağlamlığın və rifahın qorunmasına kömək edən, davamlı inkişafın təşviqinə yönəlmiş qərarların qəbul edilməsində mühüm rol oynayır. Bu baxımdan qarşımızda çətin bir vəzifə durur. İqlim dəyişmələrindən yaranan problemlərin və onların sağlamlığa təsirinin qlobal olduğunu qəbul etməli, onların nəticələrinin minimuma endirilməsi, səhiyyə sistemlərinin dayanıqlı hala gətirilməsi, insanların sağlamlığının qorunması və yeni şərtlərə uyğunlaşmasına yönəlmiş təcrübələrin tətbiq edilməsi haqqında ciddi şəkildə düşünməliyik”.

Baş katib bu məsələnin tək bir ölkə və ya bölgə ilə məhdudlaşmadığını da vurğulayıb: “Bu, təşkilatımızın üzvü olan dövlətlər də daxil olmaqla bütün dövlətlər üçün çağırışdır. İqlim dəyişmələri və sağlamlığa dair problemlər bütün səviyyələrdə koordinasiyalı bir fəaliyyət olmadan həll edilə bilməz. İqlim dəyişmələrinin nəticəsində yaranan problemlərin həllinin kollektiv səyləri tələb etdiyini dərk etməliyik. Yalnız milli strategiya və qanunlar hazırlamaq deyil, həm də effektiv qlobal həllərin həyata keçirilməsi istiqamətində, beynəlxalq səviyyədə səylərin əlaqələndirilməsi, təcrübə mübadiləsi və bu problemlə mübarizəyə yönəlmiş əməkdaşlığın inkişafı son dərəcə vacibdir. Buna görə effektiv həllərin araşdırılması istiqamətində dayanıqlılıq və sağlamlığın qorunması prinsipləri iqlim dəyişmələri ilə bağlı bütün fəaliyyətlərimiz üçün əsas olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri