Icma.az
close
up
RU
Gündə 7 saatdan az yuxu yatanlar bunu bilməlidir: İnfarkt riski

Gündə 7 saatdan az yuxu yatanlar bunu bilməlidir: İnfarkt riski

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Artıq gənclərdə də damar tıxanıqlıqlarına bağlı xəstəliklər müşahidə olunur

Türkiyə Sağlıq Elmləri Universiteti (SEÜ) Mehmet Akif Ersoy Döş, Ürək və Damar Cərrahisi Tədris və Tədqiqat xəstəxanasının kardiologiya mütəxəssisi dosent Dr. Serkan Kahraman bildirib ki, gündə 7 saatdan az yatan insanlarda ürək-damar tıxanıqlıqlarına bağlı infarktlar daha çox rast gəlinir və ürək çatışmazlığı artır.

Sherg.az xəbər verir ki, kardiologiya mütəxəssisi dosent Dr. Serkan Kahraman qeyd edib ki, ürək və damar xəstəlikləri dünyada ölümə səbəb olan başlıca amillər sırasındadır.

Həkim bildirib ki, ürək-damar xəstəlikləri təkcə Türkiyədə deyil, bütün dünyada cəmiyyət sağlamlığı üçün ciddi təhlükə yaradır. Yaşın artması, şəkər xəstəliyi, yüksək təzyiq, yüksək xolesterol, siqaret çəkmək və piylənmə kimi yayğın problemlər bu xəstəliklərin artmasına səbəb olur. Dosent Kahraman onu da vurğulayıb ki, artıq gənclərdə də damar tıxanıqlıqlarına bağlı xəstəliklər müşahidə olunur.

Yuxu rejiminin ürək sağlamlığı baxımından böyük əhəmiyyət daşıdığını bildirən həkim, dünyada təxminən hər üç nəfərdən birində yuxu pozuntusunun olduğunu qeyd edib.

Kahraman deyib ki, yuxuya getməkdə, yuxunu davam etdirməkdə və keyfiyyətli yuxu almaqda yaranan problemlər ürək sağlamlığına mənfi təsir göstərir:

"Yuxu pozuntusu olan insanlarda ürək-damar xəstəlikləri daha çox problem yaradır."

Yuxunun həm fiziki, həm də zehni bərpa prosesinin baş verdiyi dövr olduğunu xatırladan mütəxəssis əlavə edib:

"Dərin yuxu zamanı həm qan təzyiqi düşür, həm də ürək döyüntüləri azalır. Yəni ürək özünü bərpa edir. Yuxu keyfiyyətsiz olarsa, bu bərpa prosesi pozulur."

Dosent Kahraman qeyd edib ki, yuxu pozuntuları olan insanlarda təzyiq və şəkərin yüksəlməsi, ağciyər xəstəlikləri, astma və piylənmə daha çox rast gəlinir və bütün bunlar ürək-damar xəstəliklərini tətikləyir.

O bildirib:

"Keyfiyyətsiz yuxu infarkt və ritm pozuntusu riskini artırır. Gündə 7 saatdan az yatanlarda damar tıxanıqlıqlarına bağlı infarktlar daha çox olur. Ürək çatışmazlığı və ritm pozuntuları isə daha sıx rast gəlinir."

Gec yatmağın yuxu keyfiyyətini aşağı saldığını vurğulayan Kahraman, xüsusilə saat 23:00-24:00-dan sonra yatanlarda bu problemin daha çox görüldüyünü söyləyib.

Yaxşı yuxu üçün həkimin tövsiyələri:

Gün ərzində çox yağlı və duzlu qidalardan uzaq durmaq

Siqaret, alkoqol və kofeindən çəkinmək

Kifayət qədər fiziki fəaliyyət göstərmək

Kahraman deyib:

"Hər gün müəyyən saatlarda yatıb-durmağı vərdişə çevirmək ürək sağlamlığı və keyfiyyətli yuxu üçün vacibdir."

“Gecələr nəfəs darlığı ilə oyanmaq ürək xəstəliyinin əlaməti ola bilər”

Dosent Kahraman yuxu pozuntusuna bağlı ürək xəstəliklərinin bəzi əlamətlərinin olduğunu bildirərək deyib:

"Ən önəmli əlamətlərdən biri gecə nəfəs darlığı ilə oyanmaqdır. Dərin yuxu mərhələsinin qısalması, yuxunun bölünməsi, tez-tez oyanmaq - bunlar ürək xəstəliyinin göstəricisi ola bilər."

Sonda o vurğulayıb:

Fiziki aktivlik artırılmalı

Siqaret və alkoqoldan uzaq durulmalı

Axşam ağır və yağlı yeməklərdən çəkinilməli

Bu qaydaların həm ürək sağlamlığı, həm də yaxşı yuxu üçün vacib olduğu qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri