Icma.az
close
up
RU
Gündə bir ədəd yeyin İnfarkt və xərcəngdən qoruyur

Gündə bir ədəd yeyin İnfarkt və xərcəngdən qoruyur

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Mövsümi meyvələr arasında xüsusi yeri olan nar payızın ən bol və sevilən nemətlərindəndir. Qırmızı rəngi, turş-şirin dadı və zəngin tərkibi ilə həm süfrələrin bəzəyidir, həm də xalq təbabətində geniş istifadə olunur. Qədim zamanlardan “şəfa meyvəsi” kimi tanınan nar dadına və sağlamlığa verdiyi faydalarına görə dəyərləndirilir. Bəs bu meyvə kimlər üçün faydalıdır, kimlər isə onu ehtiyatla qəbul etməlidir?

“Yeni Sabah” narın faydalarını, kimlərə şəfa gətirdiyini, kim üçün riskli olduğunu araşdırıb.

Nar qədimdən həm Şərq, həm də Qərb təbabətində özünə yer tapıb. Onun tərkibindəki C vitamini, kalium, dəmir, lif və antioksidantlar orqanizmi gücləndirir, immun sistemini möhkəmləndirir. Mütəxəssislər bildirirlər ki, narın tərkibindəki polifenollar və antosianinlər xərçəng hüceyrələrinin inkişafını ləngidə, damarları təmizləyə və ürək-damar xəstəliklərinin qarşısını ala bilər. Eyni zamanda, nar bağırsaq fəaliyyətini tənzimləyir, dərinin və saçın sağlam görünməsinə kömək edir. pizza mizza

Lakin bu meyvənin faydaları ilə yanaşı, bəzi hallarda ehtiyatla istifadə olunması tövsiyə edilir. Xüsusilə mədə xorasından, qastritdən və yüksək turşuluqdan əziyyət çəkən insanlara narın turş tərkibli şirəsini tez-tez qəbul etməmək məsləhət görülür. Nar təzyiqi bir qədər aşağı sala bildiyi üçün hipotoniya (aşağı təzyiq) problemi olan şəxslərə də çoxlu miqdarda istifadə etmək məsləhət deyil. Şəkərli diabet xəstələrinin nar şirəsini qəbul edərkən miqdara diqqət etməsi vacibdir, çünki təbii şəkər tərkibi qan şəkərinin səviyyəsini artıra bilər.

Dietoloqların fikrincə, narın ən faydalı forması təzə dənələridir. Gündə bir ədəd nar yemək orqanizmin vitamin balansını qorumağa və immuniteti gücləndirməyə kömək edir. Nar şirəsi isə təbii formada, şəkərsiz və az miqdarda qəbul edildikdə həm qanın keyfiyyətini yaxşılaşdırır, həm də orqanizmi zərərli maddələrdən təmizləyir. Lakin hər bir halda, bu meyvədən maksimum fayda əldə etmək üçün onu fərdi sağlamlıq vəziyyətinə uyğun şəkildə istehlak etmək vacibdir.

Hazırda narın əsl mövsümüdür. Bazar və marketlərdə narı müxtəlif qiymətlərə tapmaq mümkündür. Bazarda kiloqramı 1-1,50 manat olan bu meyvə marketlərdə 4-9 manata satılır. Hətta “super nar” sortu adı ilə 14 manata satılan narlar da var.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri