Gündə bir stəkan süd içsək nə baş verər?
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gündə bir stəkan süd içmək bağırsaq xərçəngi riskini beşdə bir azaldır.
Ölkə.Az xəbər verir ki, bu barədə Oksford Universiteti araşdırma aparıb.
Belə ki, Universitetdən Dr Keren Papier və komandası kalsiumla zəngin qidalar və xərçəngə tutulma ehtimalı arasındakı əlaqəni araşdırmaq üçün 542 mindən çox qadının pəhriz məlumatlarını təhlil edib.
Qeyd edək ki, bağırsaq xərçəngi dünyada ən çox rast gəlinən üçüncü xərçəng növüdür. Bu xəstəlik hər il təxminən 2 milyon xəstəliyə və 1 milyon insanın ölümünə səbəb olur.
16 illik məlumatların təhlili göstərib ki, süd və qatıq kimi kalsiumla zəngin qidalar xərçəngə tutulma ehtimalını azaldır.
Mütəxəssislərin fikrincə, gündə bir stəkan süd içmək bu riski əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:229
Bu xəbər 09 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















