Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Günəş doğanda torpaq danışır: 44 gündə addım addım QƏLƏBƏYƏ...

Günəş doğanda torpaq danışır: 44 gündə addım addım QƏLƏBƏYƏ...

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

44 günlük Vətən müharibəsi yalnız ərazi bərpası və hərbi üstünlük məsələsi deyil, eyni zamanda müasir döyüş fəlsəfəsinin, strateji düşüncənin və milli iradənin praktiki sınağı oldu.

Bu müharibə çərçivəsində planlaşdırma və icra, kəşfiyyat və manevr, texnologiya və insan resursları bir-biri ilə sıx bağlı şəkildə işləyərək qısa müddətdə nəticə əldə etməyə imkan verdi. Şübhəsiz ki, hərbi uğurun əsasında təkcə silah və texnika dayanmayıb — strukturlaşmış hazırlıq, əməliyyat planlarının çevikliyi, komanda-xüsusi kadrların səviyyəsi, eləcə də xalq ilə dövlət arasında yaranmış həmrəylik kimi kompleks amillər birgə rol oynadı.

Strategiya ilə taktikanın qarşılıqlı əlaqəsi bu müharibədə xüsusilə aydın şəkildə göründü: strateji məqsədlər taktiki əməliyyatlarla, döyüş meydanında çevik manevr və kəşfiyyat məlumatlarına əsaslanaraq reallaşdırıldı. Eyni zamanda, planların real şəraitdə optimallaşdırılması, gözlənilməz hadisələrə sürətli reaksiya və əməliyyatların adaptasiyası uğurun açarı oldu. Bu, strategiyanın məcburi nəzəri məqsədindən praktik, əməliyyat səviyyəsindəki həllərə çevrilməsi prosesinin nümunəsidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun taktiki üstünlükləri və döyüş strategiyaları nədən ibarət idi? Ümumiyyətlə, hərbidə strategiya planlamadır, taktika isə həmin planların həyata keçirilməsidir. Strategiya heç vaxt ideal olmur — çünki döyüşün gedişi zamanı strateji planların taktiki formada realizasiyasında məcburi koordinasiya, düzəliş və korreksiyalar aparılmalıdır. Bizim 44 günlük Vətən savaşında da vəziyyət belə oldu:

"Savaşın ilkin mərhələsi düşməni daha yaxından öyrənmək, onun resurslarını və logistikasını müəyyənləşdirməkdən ibarət idi, bu mərhələ kəşfiyyat və manevr xarakteri daşıdı. Düşmən 30 il ərzində mövqelərini qurub möhkəmləndirmişdi və klassik üslubda frontal müharibə aparmaq çox çətin olardı. Bu çətinliyi ilk 10 gündə açıq-aydın hiss etdik. Mən dərhal qeyd etmək istəyirəm ki, biz zəif düşmənlə üz-üzə deyildik. Əgər 1990-cı illərin müharibəsi ilə bu müharibəni müqayisə etsək, taktiki və strateji baxımdan həmin dövrlərdə də bəzi üstünlüklərimiz olub, lakin şimal qonşumuzun Ermənistana verdiyi dəstək vəziyyəti kökündən dəyişdirdi. Rus ordusunun Ermənistanda yerləşən hissələrinin Qarabağ münaqişəsinə müdaxiləsi Azərbaycan üçün arzuolunmaz nəticələrə səbəb olmuşdu. Buna baxmayaraq, 1990-cı illərlə müqayisədə ümumilikdə Azərbaycan Ordusu güclü idi".

Onun sözlərinə görə, 44 günlük savaşda Azərbaycan Ordusu manevr imkanlarından istifadə edərək düşməni öyrənib və onların mövqelərinin dərinliyini müəyyənləşdirib: 

"Birbaşa təmas ilk mərhələdə çox təhlükəli idi, çünki düşmən mövqelərinin bəziləri hətta səkkiz metr enində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmişdi. Artilleriya hücumları, bombalar və minalama saatlarla, günlərlə edilə bilərdi, amma nəticə vermirdi. Buna görə də Azərbaycan ordusunun taktikasında kardinal dəyişikliklər edildi. Bu dəyişikliklərin əsas məqsədi düşmənin arxa cəbhə ilə əlaqəsini kəsmək və düşmənin arxasına keçərək ona zərbə vurmaq idi. Bu, son dərəcə əhəmiyyətli idi, çünki düşmən çox möhkəm mövqelərdə dayanmışdı və bu mövqelər sensor tipli müşahidə və nəzarət cihazları ilə təmin olunmuşdu. Hətta təbiət üçün belə bu nəzarət sərt idi".

Hərbi ekspert diqqətə çatdırıb ki, strateji dəyişikliklər nəticəsində ilk növbədə düşmənlə arxa əlaqələr kəsildi və maksimum zəiflədildi. Bundan savayı, düşmənin arxasına zərbələr endirildi — buna nail olduq. Bu müharibədə qələbənin əsas paradiqması, əlbəttə, xalq idi. Müharibə öncəsi xalq ayağa qalxdı, nümayişlər oldu. Lakin xalqın enerjisini idarə etmək, onu məqsədyönlü şəkildə yönləndirmək böyük liderlik tələb edirdi. Bu yük Ali Baş Komandan, Prezident İlham Əliyevin üzərinə düşdü. Prezidentin xalqı bir yumruq altında birləşdirməsi, özü öndə olaraq cəlb etməsi müharibədə həlledici rol oynadı:

"30 il ərzində ermənilər müxtəlif iddialarla Azərbaycan Ordusunu psixoloji cəhətdən aşağı salmağa çalışırdılar. Buna baxmayaraq, son 20 ildə Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində böyük iş aparıldı. Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra ordu quruculuğu prioritet oldu. Eyni zamanda, Azərbaycan beynəlxalq hərbi əlaqələr qurdu və dünyanın ən müasir silahlarını ordusuna daxil etdi. Silah almaqla yanaşı, bu texnikanı idarə edən kadrların yetişdirilməsinə də önəm verildi. Ordu mənsublarının sosial müdafiəsi, motivasiya və stimul sistemləri gücləndirildi; dövlət büdcəsindən hər il orduya ayrılan vəsait artırıldı. Kadrların hazırlanması, cəbhəxananın gücləndirilməsi və müasir hərb elminin öyrənilməsi həlledici rol oynadı".

İbrahim Rüstəmli: Şəxsi heyətin əhəmiyyətli hissəsinin peşəkar əsgərlərdən  təşkil olunması gələcək üçün önəmlidir

Müsahibimizin fikrincə, bu müharibədə həyata keçirilən bəzi əməliyyatlar ilk dəfə praktik tətbiqdə uğur qazandı. Dünyanın aparıcı orduları Azərbaycanın 44 günlük əməliyyatlarını təkrar-təkrar izləyir, öyrənir və təhlil edir. Əgər biz klassik frontal üslubda müharibə aparsaydıq, itkilərimiz minlərlə ola bilərdi. Lakin Azərbaycan bunu etmədi: strateji planlarını və manevr imkanlarını düzgün tətbiq edərək qısa müddətdə böyük uğurlara nail oldu: 

"Torpaqlarımızın bir hissəsi döyüşsüz geri alındı - çünki strategiyamız düşmənin müəyyən hərbi hissələrini mühasirəyə almaqla onları sülh təklifini qəbul etməyə vadar etmək idi. Ağdam istiqamətində ermənilərin böyük hissəsi mühasirədə qaldı və Ermənistan başa düşürdü ki, sülh təklifini rədd edəcəksə, böyük itkilər verə bilər. Buna görə Laçın və Kəlbəcər kimi coğrafi baxımdan çətin rayonlarda müharibə demək olar ki, getmədi; əgər getmiş olsaydı, bu ciddi problemlərə səbəb ola bilərdi. Ola bilsin ki, itkilərimiz olardı, lakin əks halda ermənilər daha böyük zərər çəkə bilərdi. Ermənistan bu razılaşmanı qəbul etmədi, amma Azərbaycan düzgün hərbi strategiya seçərək qalib gəldi".

İbrahim Rüstəmli bəzi sualların labüd cavablarına da aydınlıq gətirib: 

"Gələcək üçün hansı dərslər önəmlidir? Çin hərbi strategiyasının bir prinsipində deyilir ki, düşmənə döyüşdən əvvəl qalib gəlmək lazımdır. Qarabağda müharibənin yenidən baş verə bilməsi mümkündür - bu, Ermənistanın özünü Azərbaycandan güclü hiss etməsi ilə bağlıdır. Ona görə də Prezident dəfələrlə vurğulayıb ki, biz həm iyirminci, həm iyirmi birinci əsrin müharibəsinə hazır olmalıyıq. Bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir: həssas bölgələrdə komandaların yerləşdirilməsi, kəşfiyyat xarakterli əməliyyatlar üçün hazırlığın artırılması və s. Bu komandalar sıradan adi şəxslər deyil, yüksək hazırlıqlı kadrlar olmalıdır. Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində belə komandaların yerləşdirilməsi böyük əhəmiyyət kəsb edir".

Sonda həmsöhbətimiz diqqətə çatdırıb ki, azad edilmiş ərazilərdə beynəlxalq əhəmiyyətli hava limanlarının, məsələn, Laçında və digər rayonlarda inşası və istifadəyə verilməsi gələcək üçün hesablanmış taktiki və strateji addımlardandır. Ordu daim inkişaf etməli, islahatlar aparmalı, mükəmməllik üçün addımlar atmalıdır. Bu təkcə ordunun deyil, bütün sahələrin mənafeyinə xidmət edir. Məsələn, həkim 20 il əvvəl oxuduğu kitabla kifayətlənməsə, bu gün müasir tibb tələblərinə cavab verə bilməyəcək — hərbi sahədə də vəziyyət eynidir: 

"Şəxsi heyətin əhəmiyyətli hissəsinin peşəkar əsgərlərdən — maaşlı, hazırlıqlı döyüşçülərdən təşkil olunması gələcək üçün önəmlidir. Ümumiləşdirərək deyə bilərəm ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbənin əsas səbəbləri: çevik və adaptiv strategiya, effektiv kəşfiyyat və manevr, düşmənin arxa əlaqələrinin kəsilməsi, peşəkar kadrlar və xalq-la rəhbərlik arasındakı güclü birliyin saxlanılması idi. Bu məqamlar gələcək hərbi əməliyyatlar üçün də əsas dərslərdir".

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri