Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Zəfərimizin 5 ili: 44 günlük müharibədən əbədi qələbəyə!

Zəfərimizin 5 ili: 44 günlük müharibədən əbədi qələbəyə!

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Bu gün Zəfər Gününün beş yaşı tamam olur. Beş il əvvəl xalq iradəsi, ordunun qüdrəti və siyasi-diplomatik qətiyyət birləşərək əsrlərin həsrətinə son qoydu. O gün təkcə torpaq azad olmadı, həm də millətin özünə inamı, gələcəyə baxışı yenidən doğuldu.

Moderator.az-a danışan  Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat  Zahid Oruc deyib ki, beş il əvvəl Azərbaycan Vətən müharibəsi apararkən dünyanın müxtəlif ərazilərində qaynar konfliktlər mövcud idi. Onun sözlərinə görə, hazırda onların sayı 61-ə çatır və bu konfliktlər qlobal təhlükəsizlik sisteminə ciddi zərbə vurmaqla yanaşı, uzunmüddətli həllini tapmır. Bu savaşların bir tərəfi qalib müəyyən olunmamış qalır, digər tərəfi isə xalqların və dövlətlərin iqtisadi və siyasi iflasına səbəb olur və müxtəlif qütblərin formalaşması kimi problemlərə yol açır:

“İndi isə Azərbaycan beş illik qələbəsinə baxaraq dünyaya açıq bir mesaj göndərir. Bu mesaj həm savaş aparan tərəflərə, həm də qlobal ictimaiyyətə göstərir ki, Azərbaycan ədalət və qurtuluş savaşını sona çatdırıb, qalib gəlib və zəfər əldə edib. Bu, dünyada mövcud təhlükəsizlik böhranlarına qarşı ən güclü siqnallardan biridir.

1989-cu ildən sonra SSRİ-nin dağılmasında Qarabağ məsələsinin nə qədər tətiqləyici rol oynadığını bilirik. Bugünkü dövrdə isə möhtərəm cənab Prezidentin rəhbərliyi ilə apardığımız savaş qlobal proseslərin tərpənməsinə səbəb oldu. Lakin indi Azərbaycan sülh quruculuğu ilə beynəlxalq əmin-amanlığa güclü töhfə verir. Bu, Yaxın Şərq, Çin-Tayvan, Hindistan-Pakistan, İsrail-İran münaqişələrinin həlli üçün unikal bir nümunədir.

Amerikada keçirilən görüşlərdə Qazaxıstan lideri Trampa müraciətlə “Siz cənnət liderisiniz” ifadəsini işlədib. Mən düşünürəm ki, möhtərəm cənab Prezident İlham Əliyev, bu cür qlobal təhlükələrin aradan qaldırılmasında xilaskar roluna görə, “Cənnət lideri” adına layiqdir.

Beş ilin yekununa baxdıqda isə əsas sual yaranır: Azərbaycan niyə qalib gəldi? Çünki əvvəlki nəsillərdən bizə ötürülən miras məğlubiyyət, köçkünlük, itkilər və həmişə uduzmaq üslubu idi. 

Necə oldu ki, biz dönüş əldə edə bildik? Şübhəsiz, birinci amil, mənim baxışımda, xalqın bütünlüklə qələbə haqqında düşünməsidir. Heç kimsənin məğlubiyyəti ağlına gətirməməsi çox mühüm bir fenomendir. Məşhur Nobel mükafatçısı “Davranış iqtisadiyyatı” əsəri ilə tanınır. İnsanların, vətəndaşların, cəmiyyətin və bütövlükdə xalqın bir ideya üzərində qərarlaşması axın yaradır və böyük hərbi-siyasi nəticələr doğurur. Xalq qələbəni istəyirdi, onu gözləyirdi və arzulayırdı.

İkinci amil isə liderin roludur. Bu, birinci amilin üzərində qurulub: İlham Əliyev bütün müstəvilərdə, səngərlərdə və döyüş meydanlarında ön sırada idi. O, Azərbaycanın tarixində heç bir rəhbərə nəsib olmayan Ali Baş Komandanlıq nümunəsini göstərdi. Bu baş komandanlıq yalnız konstitusiyada yazılmış bir norma deyildi. Liderliyin və düzgün strateji planlamanın nəticəsi olaraq savaşın lokal məkanlarda aparılması mümkün oldu. Bu isə ordumuzun nisbətən kiçik bir hissəsinin belə uğurlu əməliyyatlar həyata keçirməsinə imkan verdi.

Dördüncü amil isə müasir hərbi texnologiyaların və strateji yanaşmaların tətbiqi oldu. Azərbaycanın yeraltı sərvətləri, insan və texnika qüvvələri, həmçinin hava qüvvələri üçölçülü fəza prinsipləri əsasında koordinasiya edildi. Bu, XXI əsrin savaş modelləri sırasında yeni bir fenomendir”.

Millət vəkili vurğulayıb ki, hazırda Azərbaycanın həyata keçirdiyi hərbi taktiki və strateji əməliyyatlar dünya hərbi təcrübəsi üçün örnəkdir:

“Biz bunu yalnız müqəddəs savaşımızda, çətin relyef və coğrafiyada nəticə almaq və insan itkilərini minimuma endirmək üçün tətbiq etməli idik.

Hesab edirik ki, bu, ən qısa müddətdə, ən az itki ilə, maksimum nəticə əldə etməyin nümunəsidir. Rusiya-Ukrayna və Yaxın Şərqdəki münaqişələr fonunda, həmçinin əvvəlki istinad etdiyimiz qaynar və ya dondurulmuş konfliktlərlə müqayisədə deyə bilərik ki, 44 gün ərzində əldə edilən nəticələr olduqca yüksəkdir. 

Savaşın zamanında başa çatdırılması böyük strateji önəm daşıyırdı. Fərrux yüksəkliyi, Qırxqız yüksəkliyi, 12-14 sentyabr Kəlbəcər əməliyyatları, Laçın-Xankəndi yolunun neytral şəraitdə idarə olunması və 20 sentyabr Xankəndi zəfəri – bütün bunlar bir proqram kimi həyata keçirildi və Azərbaycan tarixində önəmli yazılan  salnamələrdir.

Burada bir ifadə xüsusilə diqqətəlayiqdir: “Müharibəni aparmaq və qalib gəlmək olar, amma onu başa çatdırmaq ayrıca bir qələbədir.” Biz həm müharibəni apardıq, həm də onu başa çatdırdıq. Nəticədə Ermənistanın uzun illər ərzində bu regionda müxtəlif adlar altında həyata keçirilən plan və proqramları iflasa uğradı.

Böyük Ermənistan ideyası – “dənizdən dənizə Ermənistan”, “Qafqaz Ermənistanı”, “Türkiyə Ermənistanı” kimi siyasətlər və türk dünyasının ortasında əkilən nifaq toxumu – artıq Azərbaycan coğrafiyasından çıxarıldı. Xankəndindən ermənilərin dinc və könüllü şəkildə geri çəkilməsi nəticəsində bölgədə erməni məsələsi üç əsr ərzində ilk dəfə həll edildi. İrəvan üzərində Bakının təsiri yekunlaşdıqda, bu nəticələrin strateji və siyasi əhəmiyyətini yüzlərlə misalda göstərmək mümkündür.

Lakin ən başlıcası, biz bütövlüyə nail olmuşuq və suverenliyimiz tam bərqərar olubdur. Azərbaycan hərbi nailiyyətlərini 8 avqustda Vaşinqtonda tariximizdə ilk dəfə olaraq beynəlxalq səviyyədə təsdiqlətdirdi. Bu, uzun illər ərzində imzalanmış müqavilələr, sənədlər dəyişdirilə bilməyən bir uğurdur və sülh müqaviləsinə bərabər bir vəziyyət yaratdı. Onun təsdiqi qlobal mənada, Bayden administrasiyası dövründə belə Azərbaycan qalibiyyətinə qarşı olanları susdurdu. Əvvəllər “qalib gəlsəniz belə cəzalandırılmalısınız” deyən siyasətçilər – məsələn, Blinken – indi fakt qarşısında susmaq məcburiyyətində qaldılar. Tramp dövründə isə Azərbaycanın qələbəsi qlobal səviyyədə rəsmi təsdiqini tapmış oldu”.

“Bu nailiyyət regionda qarşıdakı dövr üçün sülh gündəliyinin inkişafına, kommunikasiyaların açılmasına və zəfərimizin xalqın gündəlik həyatına təsir etməsinə imkan yaradır. Qələbəmiz sadə vətəndaşın gündəlik həyatında normaya çevrilmişdir: təhsil və səhiyyə sahəsindəki nailiyyətlərdən bəhrələnmək, zəfərin paylaşılması, böyük filmlərin və ədəbi əsərlərin yaradılması, hər böyük qayıdışda evinə dönən insanların hekayələrinin sənət əsərlərinə və abidələrə çevrilməsi – bütün bunlar gələcək nəsillərə ötürüləcək.

Türk dünyası üçün də Qarabağ qələbəmiz böyük önəm daşıyır. Bu torpaq indiyə qədər heç vaxt indiki qədər bütövlük və dinclik məkanı olmamışdı. 

Qələbəmiz mübarək olsun! Zəfərimiz əbədi olsun! Möhtərəm cənab Prezidenti, xalqımızı və ordumuzu təbrik edirik və bu zəfərin davamlı olmasını diləyirik. Media təmsilçilərini də – savaş dövründə göstərdikləri fədakarlığa görə, həmçinin bu gün qələbəmizi ləyaqətlə müdafiə etdiklərinə görə – xüsusi olaraq təbrik edirik!”,- deyə Zahid Oruc qeyd edib.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri