Günəş enerjisi Azərbaycana nə vəd edir?
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qobustanda 100 MVt gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiyanın ildə təxminən 200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi və 45 milyon kubmetr təbii qaza qənaət edəcəyi gözlənilir.
İqtisadçı Natiq Cəfərli “Bakupost”a bildirib ki, alternativ və bərpa olunan enerjidən istifadə Azərbaycanda təbii qaza qənaət edilməsinə və qənaət olunan qazın Avropaya nəqlinə xidmət edir.
Onun sözlərinə görə, bu layihələr həm də yeni texnologiyaların Azərbaycana tətbiqinə səbəb olacaq:
“Buna görə də mənə elə gəlir ki, Azərbaycanda alternativ və bərpa olunan enerjiyə beynəlxalq investorların marağı da artacaq. Çox güman ki, belə bir prinsip görəcəyik. Beynəlxalq investorların dünyada alternativ və bərpa olunan enerjiyə maraqları var və bu maraqlar nəticəsində Azərbaycana da, çox güman ki, bu sahəyə yeni investisiyalar daxil olacaq”.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 17 Sentyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















