Günəşdə əsrin ən güclü partlayışlarından biri yekunlaşdı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fevralın əvvəlindən bəri müşahidə edilən XXI əsrin ən güclü günəş partlayışlarından biri başa çatıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat verib.
Alimlərin fikrincə, Günəşin Yer kürəsinə maksimum təsir zonasında yerləşən 4 366 nömrəli aktiv bölgəsi fevralın 4-5-də yüksək aktivlik nümayiş etdirib və orada M və X sinfindən 11 partlayış qeydə alınıb. Lakin fevralın 6-dək bu bölgədə aktivlik kəskin şəkildə sıfıra enib və sonrakı günlərdə minimal olaraq qalıb.
Mütəxəssislər qeyd ediblər ki, partlayışlardan heç biri Yer kürəsində güclü maqnit qasırğalarına səbəb olmayıb.
Tədqiqatçıların fikrincə, Günəş tezliklə nisbi sabitləşmə dövrünə girə bilər, amma bu fazanın müddəti qeyri-müəyyəndir.
Baxış sayı:132
Bu xəbər 07 Fevral 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















