Günəşdə güclü alışma qeydə alındı
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumata görə, iyulun 20-də Moskva vaxtı ilə saat 17:36-da rentgen diapazonunda Günəş ləkələrinin 4489-cu qrupunda (S04W22) M2.5 sinifli alışma qeydə alınıb. Alışma 11 dəqiqə davam edib. Bundan əvvəl iyulun 20-21-də Günəşdə aşağı alışma aktivliyinin proqnozlaşdırıldığı, lakin M sinifli alışmaların baş verə biləcəyi bildirilmişdi.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. A0.0 minimal sinif hesab olunur və hər növbəti sinfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır.
Belə alışmalar Günəş plazmasının kosmosa atılması ilə müşayiət oluna bilər. Həmin plazma buludları Yerə çatdıqda maqnit qasırğalarının yaranmasına səbəb ola bilər.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 İyul 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















